Daim yorğun olanlar, bu video sizin üçündür - Sona qədər baxın

1182 baxış

Bir çoxumuz həddən artıq işləyir və bu, tükənmə, sağlamlıq ilə bağlı problemlər, pis vərdişlər, depressiya və bədbəxtçilik kimi mənfi nəticələrə gətirib çıxarır. 
Bu gwn yor]unluqdan – daha doğrusu  yorğunluğun dərmanından danışacam


Fiziki və zehni yorğunluğun əsas səbəbləri aşağıdakılardır:
– Vəzifəniz yüksəkdir və məsul olduğunuz öhdəliklər çoxdur, qrafikinizə nəzarət edə bilmirsiniz;
– Bir neçə işdə işləmək məcburiyyətindəsiniz və bunu dəyişdirə bilmirsiniz; 
– Özünüzü həddindən artıq çox yükləyirsiniz və siz sanki həmişə işdə olursunuz;
– Siz hər zaman onlayn rejimində olursunuz, bütün zəng və mesajlara dərhal cavab verirsiniz, hər zaman stressdəsiniz. 
İlk iki problemin öhdəsindən gəlmək çətindir, çünki bu halda nəzarət sizin öz əlinizdə deyil. Yorğunluğa qalib gəlmək üçün bunları edə bilərsiniz. 
1: Struktur dəyişikliyi
Əgər iş sizi yorursa və ya siz bir neçə işdə işləyirsinizsə, bu çox da yaxşı deyil. Belə olan halda sizə struktur dəyişikliyi kömək edə bilər. Struktur dəyişikliyi üçün bir neçə ideya:
– Daha diqqətcil olun.
– İş yükünüzü azaldın. Əgər bunu təkbaşına edə bilmirsinizsə, daha az vacib olan işlərdən imtina edin və bütün diqqətinizi prioritet məsələlərə yönəldin. Əgər iş yükünüzü siz özünüzü idarə etmirsinizsə, rəhbərliyə müraciət edin Çox güman ki, rəhbərlik sizə anlayış göstərəcək. 
– Əgər bir neçə işdə işləyirsinizsə, sizə saatda daha çox gəlir verəcək bir iş tapın. Bəli, məncə, bu mümkündür. Sizə daha çox gəlir verən işə daha çox vaxt ayırın. 
– Sərhədləri müəyyən edin – rəhbərliyiniz ilə danışın və gündəlik iş saatınızı müəyyən edin. Çox vaxt insanlar bu mövzunu müzakirə etməkdən qorxurlar. 
– İş yerinizi dəyişin
2: Konsentrasiya
İlk baxışdan bu məsləhətlər sizə qəribə gələ bilər. Lakin burada söhbət daha çox işləməkdən deyil, daha effektiv işləməkdən gedir. 
Siz bütün diqqətinizi işə yönəldərək, daha effektiv olacaqsınız və nəticədə işə daha az vaxt sərf edəcəksiniz. 
Və qazandığınız əlavə vaxt sizə gücünüzü toplamağa kömək edəcək. Effektiv işçilər istirahətin əhəmiyyətini başa düşürlər (ya istirahət, ya da yorğunluq). 
Bu qaydanı tətbiq etmək üçün siz iki addım atmalısınız:
– Konsentrasiya və effektivliyi artırmaq
– Daha az işləmək və qazandığınız boş vaxtı istirahətə xərcləmək
Konsentrasiya və effektivlik
Əgər gün ərzində bütün diqqətinizi ancaq prioritet məsələyə yönəltsəniz, daha effektiv olacaqsınız. Bu necə işləyir:
1. Bütün diqqəti daha vacib olan məsələlərə yönəltmək. Əslində, burada qeyri-adi heç nə yoxdur. Tim Ferriss bu haqda “4 saatlıq iş həftəsi”, daha bir müəllif isə “Əsasdan başlayın” kitabında danışır. Çox vaxt bu yanaşmaya Pareto prinsipi adını verirlər: yerinə yetirdiyiniz işlərin 20%-i nəticələrin 80%-ni verir (əlbəttə ki, bu rəqəmlər təqribidir). Çalışın gün ərzində özünüz üçün əsas olan 1-3 məsələni seçəsiniz və ancaq onların üzərində işləyəsiniz. 


2. Bütün diqqətinizi yalnız bir məsələ üzərində cəmləşdirin. Gün ərzində etməli olduğunuz işlərin sayı 3 olsa belə, yenə də bütün diqqətinizi onlardan biri üzərində cəmləşdirin. Digər işlərinizi müvəqqəti olaraq təxirə salın və qoy bu “bir məsələ” sizin üçün əsas olsun. Özünüzü hər şeydən uzaqlaşdırın, əsas da telefon və internetdən.


3. Vacib olan məsələyə və digərlərinə vaxt təyin edin. Əgər bu və ya digər məsələ həqiqətən də vacibdirsə, ona 3-4 saat, digər iki vacib işə isə 1 saat vaxt ayırın. Yerdə qalan saatları isə digər vəzifələr arasına bölüşdürün (məsələn, inzibati işlər).
Bu qaçırılmazdır. Siz hər şeyi çatdıra bilmərsiniz. Siz yalnız əhəmiyyətli şeyləri edirsiniz. 
Bu yanaşma qısa müddət ərzində daha çox iş görməyə imkan verir. Sizin vaxtınız boldur və siz prioritetlərə üstünlük verərək ondan maksimum dərəcədə effektiv istifadə etməyə çalışırsınız. 
Daxili resursların bərpa edilməsi
Bizim cəmiyyətdə insanların əksəriyyəti istirahətə vaxt ayırmağa meylli deyil. Bizim dünyada hər zaman çox və daha çox etmək lazımdır. Hər zaman onlayn olmaq lazımdır. Hər zaman. 
Gəlin, dürüst olaq. Kitab oxumağa və ya parkda gəzintiyə nə qədər vaxt ayırırsınız? Günün neçə dəqiqəsini özünüzə sərf edirsiniz? Dərindən nəfəs almaq imkanınız olurmu?
Biz bütün bunları əhəmiyyətsiz hesab eləmirik, lakin bu çox vacibdir. İstirahət olmasa, insan effektiv işləyə bilməz. 
1. Resursların bərpa olunmasına vaxt ayırın. Vacib işlərinizi planlaşdırdığınız kimi, istirahətinizi də planlaşdırmağınız lazımdır. Elektron cihazlarınızı saat neçədə söndürürsünüz? (qeyd: minimum olaraq yuxuya getməmişdən bir saat əvvəl). Saat neçədə yatmağa gedirsiniz? İnsanların əksəriyyəti çox az yatır, çünki elektron cihazlarına bağlıdırlar və bu onların yuxu rejiminə təsir göstərir. Nə zaman işlərinizi kənara qoyub meditasiya və ya idman ilə məşğul olacaqsınız? İstirahətə ayırdığınız vaxtı təqvimdə qeyd edin.

Demədi Demə

14:47 01.03.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə