DIQQƏT! - Bu şəxslərə qreçka yemək olmaz!

1774 baxış

DIQQƏT!!! - Bu şəxslərə qreçka yemək olmaz!

Qarabaşaq yarması hər zaman ən faydalı təbii qidalardan sayılıb. Daha çox pəhriz məhsulu sayılan qarabaşağın aclığı tez aradan qaldırdığı, uzun zaman tox saxladığı və bununla da artıq çəkinin, yağların itirilməsinə kömək etdiyi çoxlarına məlumdur. Amma son məlumatlara görə, həkimlər onun istifadəsinə əks göstərişlərin olduğunu açıqlayıblar. 
Videomuzu like edərək, bizə dəstək ola bilərsiniz.
Həkimlərin fikrincə, çox faydaları olan qarabaşaq həddən artıq yeyilərsə, sağlamlıq üçün təhlükə yaradır. Bu qidadan sui-istifadə bəzi sağlamlıq problemlərini təhdid edir.  
Qarabaşağın tərkibində çox miqdarda nişasta və zülal var ki, bu da allergiyanın, habelə mədə-bağırsaq xəstəliklərinin inkişafına səbəb ola bilər.  Mədə-bağırsaq yaraları, qastritlər zamanı çoxlu miqdarda qarabaşaqdan istifadə etmək məsləhət görülmür. Həzm problemi yaşayan insanlara bu məhsuldan imtina etsə, daha yaxşı olar. 
Hamilə qadınlara və yüksək qan təzyiqi olanlara isə ümumiyyətlə, bu məhsulu yeməmək tövsiyə edilir. Hamiləlik və uşaqəmizdirmə dövründə qarabaşaqdan çox istifadə etmək bəzən uşaqlarda allergiya əlamətlərinin meydana çıxmasına səbəb olur.
Şəkərli diabet, ürək-damar xəstələrinə qarabaşaq dietası saxlamaq məsləhət görülmür. Yeniyetmələrə qarabaşaq dietası saxlayan zaman diqqətli olmaları və həkimlə məsləhətləşmələri tövsiyə edilir. 
Və ən əsası qarabaşağı düzgün bişirmək vacibdir. Onu dərhal qaynatmaq deyil, üzərinə qaynar su töküb, bir gecə isladıb sonra bişirmək lazımdır. Bu vəziyyətdə qarabaşaq yarmasında olan zərərli maddələr itir.
Bəs qarabaşağın faydaları nələrdir?
Qarabaşağı digər dənli bitkilərdən daha uzun müddətdə saxlamaq mümkündür. Quru yerdə saxlanılan qarabaşaq öz keyfiyyətini itirmir. Qarabaşaq qandan pis xolesterinin təmizlənməsinə səbəb olur. Bunun üçün davamlı olaraq qarabaşaqdan dəmlənmiş çay içmək lazımdır. Bu məqsədlə 40 qram qarabaşaq çiçəyini 1 litr qaynar suda dəmləmək və içmək lazımdır. Bu dəmləmə bronxlardan bəlğəmin xaric olmasını sürətləndirir.
Onu tavada qızdıraraq torbaya doldurub boyun nahiyəsinə qoymaq boyun ağrılarının aradan qalxmasına səbəb olur. Eyni üsulu boğaza tətbiq eləmək boğaz ağrılarını kəsir.
Körpə uşaqların sağlam böyüməsi üçün onlara qarabaşaq sıyığı yedirməkdə fayda var.

Demədi Demə

13:59 02.02.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə