Qaraciyəriniz xəstədir? - Bu videodan öyrənəcəksiz!

1598 baxış

Dr. Fərrux Nağıyev (Qastroenteroloq-hepatoloq)
Tel: (077) 365 66 66
Facebook: https://www.facebook.com/dr.ferrux/
İnstaqram: Dr_ferrux

Qaraciyər bədəndə olan ən böyük vəzi və cüt olmayan ən iri ölçülü orqandır. Onun orta çəkisi 1,5 kq-dır. Hesablamalara görə, qaraciyər orqanizmdə 500-dən artıq müxtəlif funksiyalar icra edir. Ona görə də qaraciyərin işində baş verən istənilən pozğunluq dərhal bütün orqanizmə mənfi təsir edir. Qaraciyərin fəaliyyətinin pozulması bir çox hallarda ciddi problemlərə səbəb ola bilər. Qaraciyər çox yüksək dərəcədə davamlılığa və zədələndikdən sonra bərpa olunma xüsusiyyətinə malikdir. Orqanizmdə olan heç bir digər orqan, qaraciyər kimi regenerasiya edərək öz hüceyrələrini bərpa etmək xüsusiyyətinə malik deyil. Bu orqanın 3/4 hissəsini xaric etdikdən sonra belə, bir neçə həftə ərzində özünü tam həcmdə və formada bərpa etmək xüsusiyyətinə malikdir. Ancaq bu heyrətamiz xüsusiyyətinə baxmayaraq, zərərli faktorların daimi təsiri nəticəsində özünübərpa funksiyasının öhdəsindən gələ bilmir. Bu halda qaraciyərin müxtəlif xəstəlikləri inkişaf etmiş olur. O xəstəliklər arasında ən çox yayılanları hepatitlər, qaraciyər piylənməsi, sirrozu və xərçəngidir.
Daha ətraflı videoda...

Demədi Demə

08:57 04.08.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə