6 Gün ancaq su içdim - 7 kq arıqladım - Su Pəhrizi

1599 baxış

 

6 gün ac qaldım. Ancaq su içdim. 6 günə 7 kq arıqladım. Hər gün özümü çəkdim - Həm tərəzidə həm də kameraya.
Növbəti dəfə 10 gün su pəhrizi saxlayacam.
Tam məlumatlanmamış bu pəhrizə başlamağı qətiyyən tövsiyə etmirəm.
Pəhriz təkcə arıqlamaq üçün yox, bütün toksinlərdən təmizlənmək üçündür. 

6 günlük ac qalma videom (su pəhrizi) sabah gəlir. Bu, 7 kq çəki atmaqdan başqa nəyə yaradı? Bəzi şeyləri deyim:
✅ Un məmulatlarını birdəfəlik həyatımdan çıxardım. 
✅ Uzmanların dediyinə görə bədən ciddi şəkildə toksinlərdən təmizləndi. 
✅ Mədə kiçildi (3 gün keçib bir alma ilə doyma hissi gəlir. İkinci alma artıq görünür)
✅Əsəb, stress yorğunluq kimi hallar xeyli azaldı.
✅ Qəbizlik problemim var idi, artıq yoxdur
✅ Bir il əvvəl aldığım geyimləri yenidən geyinə bilirəm.
✅ İndi qidanı daha çox çeynəyirəm və daha çox ləzət alıram. Ağız dadım refileş oldu. Daha çox bitkisəl qidalardan zövq almağa başladım.
Dahaları da var 
Məlumat üçün deyim ki, 99 kq dan 92 kq düşmüşəm. Növbəti hədəf 10 günlük su pəhrizi ilə 84-85 kq a düşməkdir. .
Əvvəlki statusumda da qeyd etdiyim kimi  tam məlumatlanmamış pəhrizə başlamağı qətiyyən tövsiyə etmirəm
 

Demədi Demə

14:02 12.04.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə