Karantində tüklərdən qurtulun - Təbii ÜSUL

516 baxış

“Demədi Demə Qadın” kanalı qadınların mütəlif mövzularda maarifləndirilməsi üçün nəzərdə tutulub. Bu kanalda yalnız qadınlar üçün faydalı ola biləcək, gələcəkdə onların işinə yarayacaq maraqlı məlumatlar yer alacaq. Qadın kanalımız Demədi Demə MMC-nin nəznində fəaliyyət göstərir. Kanalımızla bağlı hər hansı bir iradınız, təklifiniz varsa [email protected] ünvanına yaza bilərsiniz.

Reklam üçün əlaqə: 055 362 49 69

Şəxsi seçiminizdən asılı olaraq arzuolunmaz tüklərin təmizlənməsi davamlı (və bahalı) və yorucu iş ola bilər. Ayrıca mövcud bir çox epilyasiya prosedurları ilə bu işigörə bilərsiz. Ancaq hansı metodun sizin üçün uyğun olduğuna qərar vermək olduqca çətin bir məsələdir. Amma evdə qalaraq təqdim edəcəyimiz metodlardan istifadə edərək istənməyən tüklərdən qurtula bilərsiniz.

Bir neçə stəkan nanə çayı içmək arzuolunmaz tük problemini həll edə bilər. Nanə çayı hormon səviyyəsini tənzimləməyə kömək edir və bədəndə həddindən artıq tük böyüməsinə səbəb olan androgen istehsalını tarazlayır. 1 stəkan suyu qaynadıqdan sonra 1 çay qaşığı quru nanə əlavə edin. Qarışığı görtün və 10 dəqiqə gözləyin. Sonra çayı süzün və için. Gündə 1 və ya 2 dəfə qəbul edə bilərsiniz.

Şəkər əla peeling maddəsi kimi bir iş görür. Ölü dəri hüceyrələrini çıxararkən artıq tüklərdən də sizi xilas edir. Ayrıca bal dərini yaxşı nəmləndirir və hər hansı bir infeksiya və ya çöküntü riskini azaldır. Mikrodalğalı sobaya bir qabda 3 xörək qaşığı şəkər və 1 xörək qaşığı bal qoyun. Şəkər tamamilə həll olunana qədər bir neçə saniyə qızdırın. Sobadan götürün, əgər istəsəniz 1 çay qaşığı limon suyu da əlavə edin və yaxşı qarışdırın. Qarışığın bir az soyumasını gözləyin. Tük olan nahiyələrinizə yumşaq, isti qarışığı çəkin.

Bədənin arzuolunmaz tüklərini təmizləmək üçün yumurtanın ağından istifadə edə bilərsiniz. Əslində yumurtanın ağı tükləri və dərinizdəki çirkləri təmizləmək üçün maskalarınızda əla bir rol oynayır. 1 yumurtanın ağını yaxşıca çalın. Üzərinə 1 xörək qaşığı şəkər və 1 xörək qaşığı qarğıdalı unu əlavə edib yaxşı qarışdırın. Qarışığı bədəninizin tüklü hissəsinə çəkin. 15-20 dəqiqə qurudun və sonra maskanı soyun. Bölgəni bol su ilə yuyun.

Demədi Demə

14:58 06.01.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə