İmmuniteti MAKSİMUM güclədnirən möcüzəvi qarışım və 15 BİTKİ

487 baxış

İnsanların orqanizmi payız və qış fəsillərində immuniteti aşağı olduğu üçün tez-tez xəstələnməyə meyilli olur və ya xəstələnir. Bu səbəbdən də təhsilindən asılı olmayaraq bu sual hər bir insanı düşündürür: immunitet nədir və onu necə gücləndirmək olar?
İmmunitet orqnizmin “ordusudur”, onu xəstəliklərdən, mikroblardan və digər arzuolunmaz bioloji hücumlardan qorumaq üçün sahib olduğu bioloji müdafiədir.
İmmun sistemi insan orqanizmində iki vacib prosesə cavabdehdir:
- Birincisi, orqanizmi müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur;
- İkincisi isə öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələrin yenilənmə, əvəzetmə işi ilə də məşğul olur. 
İmmun çatışmazlığına çox şey səbəb ola bilər. Onların arasında düzgün qidalanmama, stress, mənfi emosiyalar, az hərəkətlilik, təmiz havada az olmaq, yuxusuzluq  əsas yer tutur. Xüsusən uzunsürən xəstəliklərdə immunitet zəifləyir, qrip virusları orqanizmin immun reaksiyasını ləngidir, qadınlarda hamiləlikdə və doğuşdan sonra və s. Havanın müxtəlif kansorogenlərlə (kimyəvi maddələr, radiasiya və s.) zəhərlənməsi də immun reaksiyaya mənfi təsir göstərir. Dünyadakı bütün xəstəliklərin 80%-i immun sisteminin işinin pozulması ilə bağlıdır.
Eşitdiz də 80 faiz….
Bəs immun çatışmazlığını necə aradan qaldırmaq və immuniteti necə gücləndirmək olar? 
pauza
İnsanlar həmişə sağlam və gümrah olmaq istəyirlər. Bəs sağlam olmaq üçün nə etməliyik?
- Birinci növbədə immun sistemini zəiflədən qida və sulardan imtina etmək lazımdır. Bunlara ağ çörək, şirniyyat, çipsi, qazlı enreji içkiləri, konserv məhsulları, bişirmə zamanı yanmış yeməklər aiddir;
- Əsasən təbii ərzaqlara üstünlük verilməlidir, sənaye üsulu ilə hazırlanmış qidaların tərkibindəki qatqılar immunitetə birbaşa mənfi təsir edir, şiş xəstəliklərini qaçılmaz edir;
- Yemək qəbulundan əvvəl meyvə, salat və tərəvəzlərdən istifadə etmək önəmlidir və hər dəfə yalnız bir növ qidadan istifadə etmək lazımdır. Belə ki, qida məhsullarının bir-birinə qarışmaması vacibdir;
- Ət yeməklərini tez-tez və çox yemək zərərlidir. Acmamış yemək və doymamış süfrədən çəkilmək lazımdır. Yemək zamanı soğan, sarımsaqdan bol istifadə etmək lazımdır;
- Meyvələr yeməkdən yarım saat əvvəl, və ya 2 saat sonra yeyilməlidir;
- Hər gün açıq havada 2 saata yaxın gəzmək orqanizmin müqavimətini artırır;
- Yeməkdən sonra bir stəkan qatıq içmək lazımdır. Bu, bağırsaq mikroflorası üçün önəmlidir. Yayda 2 litr, qışda 0,8 litr çiy su içmək olduqca faydalıdır. Gündə 1 stəkan bal şərbətinə bir qədər alma sirkəsi qarışdırıb içmək, eləcə də 1 xörək qaşığı qara zirə yağı icmək immuniteti gücləndirir.
Dünya alimləri tərəfindən 1000-dən çox qida məhsulu üzərində elmi araşdırmalar aparılmış və nəticədə orqanizm üçün ən faydalı bitkilər və məhsullar seçilmişdir:
Bu bitkilər dünya alimləri tərəfindən immuniteti gücləndirən əsas qidalar hesab olunurlar.
dərman zəncirotu yarpağı 
kətan və  balqabaq toxumu 
şəkər çuğunduru meyvə və yarpağı 
cəfəri 
kərəviz 
bulaqotu 
- Mandarin 
- Yaşıl noxud 
- Yaşıl soğan 
- Çəhrayı qreypfrut 
- Badam 
- İspanaq 
- Qırmızı bibər 
- Reyhan 
- Acı bibər 
- Brokoli və qırmızı kələm 
Təbii  ki limonu da  unutmaq  olmaz. Limon - C vitamini mənbəyi hesab olunur. Limon orqanizmin ümumi vəziyyətinə müsbət təsir göstərir, immun reaksiyaları, mübadilə proseslərini sürətləndirir və tarazlaşdırır. Limon, zəncəfil və sarımsaq qarışığı arteriyal təzyiqlə (hipertoniya) mübarizədə də səmərəli vasitədir.
Bu məcunun hazırlanması üçün 4 ədəd limon, 4 diş sarımsaq sürtgəcdən keçirilməli, üzərinə 2 xörək qaşığı zəncəfil və 2 stəkan su əlavə olunmalıdır. Limon qabığı ilə birlikdə doğranılır. Sonra sarımsaq və zəncəfil blenderdən keçirilir. Qarışıq qazana tökülür və üzərinə 1,2 litr adi bulaq suyu əlavə edilir. Qarışıq qaynayana kimi qarışdırılır. Qaynayana yaxın məhlul şüşə bankaya süzülür və soyuducuda saxlanılır. Hazırlanmış məhlul səhər yeməyinə 2 saat qalmış acqarına 1 stəkan içilir. Müalicə kursu üç həftə ərzində davam etdirilməlidir. Zövq üçün içkiyə bal da əlavə etmək olar. Sonra bir həftə fasilə verməklə, müalicəyə yenidən başlamaq mümkündür. Bu cövhər qan təzyiqini tənzimləməyə, sabitləşdirməyə, ümumi vəziyyəti yaxşılaşdırmağa, immuniteti gücləndirməyə və qısa müddətdə damarları təmizləməyə kömək edəcək.

Demədi Demə

15:34 05.01.2021


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə