Havaların qızması ilə əlaqədar pivə mövsümü də start götürüb. İnsanlar, xüsusən də kişilər sərinləmək üçün pivə içməyə üstünlük verirlər.
Pivə içməyin insana xeyri daha çoxdur, yoxsa ziyanı? Pivə içərkən insanlar nəyə fikir verməlidir? Bu suallara cavab verməmişdən öncə qisaca pivənin tarixinə nəzər salaq.
Pivə hələ qədim Misirdən, Babilistandan, Çindən məlum olan içkidir. Fərziyyələrə görə insanlar Misirdə buğda və arpanı ilk zamanlarda yalnız pivə bişirmək üçün əkib becəriblər, çörək bişirmək isə sonralar yaranıb. Qazıntılar zamanı Misirdə ən qədim pivə bişirmək resepti tapılmışdır.
Almaniyada onu ilk dəfə təxminən XII əsrlərdə, Niderlandda XV əsrin əvvəlində, İngiltərədə XV əsrin əvvlərində tətbiq edirlər.
Pivə bir qayda olaraq iqlimi üzüm yetişdirlməsi üçün əlverişli olmayan zonalarda hazırlayırdılar. Orta əsrdə ona "kasıbların içkisi" deyirdilər.
Fransız kimyaçısı və mikrobioloqu Lui Paster sonralar aşkar edir ki, pivə üçün tətbiq olunan acıtmaların tərkibində canlı oqranizmlər yaşayır. Bu kəşf alimə imkan verir ki, şəkərin spirtə çevrilməsi prosesinə nəzarət etsin. Danimarkalı botanik Emil Kristian Hansen də pivə hazırlanmasın böyük əmək qoyur. Bütün ömrü boyu o mayaların tədqiqi ilə məşğul olaraq, onların sinifləşdirilməsi ilə məşğul olur. Bundan əlavə o pivə bişirmə üçün tətbiq olunan mayanın xassələrini dəqiqləşdirməyə çalışır. Onun elmi işlərinin nəticələri pivə hazırlama texnologiyasında inqilab yaradır.
Yaxşı pivəni necə tanımaq olar?
Yararsız pivə xarici əlamətinə görə bulanıq olur, içərisində lopa formasında çöküntü yaranırsa, tərkibinin parçalandığından xəbər verir və belə pivəni içmək olmaz. Pivə qeyri-adi spirtli içkidir. Onun qeyri-adiliyi odur ki, bütün ərzaq mallarının köhnəsini təzəsi ilə qarışdıranda heç nə baş vermir, amma 1 litr köhnə pivəni 1 ton pivəyə qarışdıranda həmin pivənin hamısı sıradan çıxır. Pivənin, xüsusən də açıq satışı olan pivələrin köpüklənməsinə, şəffaflığına fikir vermək lazımdır.
Azərbaycanda pivə satışı heç də ideal səviyyədə deyil. Çox vaxt pivə satanlar istehlakçılara fırıldaq gəlirlər. Onlar bəzən pivə çəlləklərinə su, köhnə və təzə pivə üçün 3 kran qoyurlar. Müştəridən asılı olaraq, bu kranlardan istifadə edirlər.
Pivənin insana zərəri, yoxsa ziyanı var?
Bəzən bu içkini xeyirli saysalar da, bir qrup həkimlər bunun əleyhinədir. "Pivədə təriflənəsi, insan üçün xeyirli heç nə yoxdur" deyirlər. Pivə sərinləşdirici içki hesab olunsa da, müasir dövrümüzdə pivədə spirtləşmə dərəcəsi müxtəlifdir. Mütəxəssislər qeyd edir ki, sovet dövründə ən tünd pivədə spirtlilik dərəcəsi 3-4%-ə qədər, digərlərininki isə 1,5%-ə qədər idi. Müasir dövrdə isə müxtəlif pivə növlərində 14%-ə qədər spirt olur. O cümlədən, pivədə ağır metal duzları, o cümlədən də kobalt var. Kobalt pivənin həddindən artıq köpüklənməməsi üçün onun nizamlayıcısı kimi istifadə olunur. Kobalt isə ürəyə ən pis təsir edən ağır metaldır. Xeyli pivə qəbul edənlərdə ürəyin ölçüsü böyüyür və qanqovma qabiliyyəti aşağı düşür. Nəticədə ürək xəstəliyinə gətirib çıxarır.
Pivə qəbul edən kişilərdə kişi hormonlarının faizi getdikcə aşağı düşür
Əksinə, qadın hormonlarının sayı artır. Bu isə pivə içən kişilərin qadın kimi kökəlməsinə gətirib çıxarır. Buna feminizasiya, yəni qadınlaşma deyirlər. Pivə içən kişilərin döşləri, qasıq nahiyəsi kökəlir ki, buna da qadın kökəlməsi deyirlər. Eyni zamanda, əgər qadın pivə qəbul edirsə, səsində kütləşmə olur, kişi səsi çıxarır və bığları əmələ gəlir.
Dünyada ən məhşur pivə alman pivəsi hesab olunur. Hətta Alman kansleri Bismark deyib ki, pivə insanı tənbəl, ağılsız və gücsüz edir. O, burada gücsüz sözünü impotensiya ilə sinonim kimi işlədib. Bir sira həkimlər "Kişi pivə qəbul edirsə, tənbəl, ağılsız və impotent olur" - deyə bildirir.
Pivəni az miqdarda, ilıq şəkildə, özü də alkoqolsuq qəbul etmək lazımdır
Bu halda pivə sidikqovucu təsiri bağışlayır. Kimsə xeyli miqdarda pivə qəbul edib, böyrəyini təmizlədiyini düşünürsə, bu yanlış addımdır. Bu zaman bədəndə insana lazım olan natrium, kalsiumun qovulmasına gətirib çıxarır və asidoz yaranır. Yəni sidikdə süd turşusunun miqdarı arıtr və sidikdə reaksiya qələvilikdən turşuluğa keçir.
Pivədən söz açmışkən, onun hazırlanma texnologiyasını da sizin nəzərinizə çatdırıram
Pivə hazırlanan zaman onun tərkib hissəsi olan su, taxıl, şərbətçiotu qarışdırılır və hissə-hissə acıtmanın təsiri ilə biokimyəvi olaraq dəyişdirilir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə