Əslində Koronavirus TESTİNƏ görə nə qədər pul ödəməliyik?

460 baxış

Azərbaycanda koronavirusla bağlı tədbirlərin davam etməsi ilə yanaşı bəzi şəxslər bu virusun ümumiyyətlə mövcudluğunu şübhə altına alır. Digərləri isə virusun "deyildiyi qədər təhlükəli" olmadığı qənaətindədir.

Amma  gün gündən hər kəsin tanıdığı qohumu ya ailə üzvülərindən biri  bu xəstəliyin qurbanı olur.  


Söhbəti  çox uzatmadan verilən suallara  cavab tapaq. 

Azərbaycanda Covid-19 necə müəyyən edilir?

Hazırda Azərbaycanda iki cür koronavirus testi aparılır. Bunlardan biri burundan və ağız boşluğundan yaxma götürülməklə, digəri isə seroloji test vasitəsilə, yəni qan analizi verməklə aparılır.
Burun və ağız boşluğundan götürülən yaxma sizin hazırda Covid-19 infeksiyası daşıyıb-daşımadığınızı göstərir.
Seroloji test isə, indiyədək nə vaxtsa koronavirusa yoluxub-yoluxmadığınızı müəyyən edir.
Bundan başqa, müəyyən hallarda KT (kompüter tomoqrafiyası) üsulundan da istifadə olunur.
Özümdə Covid-19 əlamətləri hiss edirəm, nə etməliyəm?
Əgər özünüzdə koronavirus əlamətləri hiss edirsinizsə, bu zaman ilk növbədə təcili tibbi yardıma zəng etməlisiniz. Bundan başqa, Səhiyyə Nazirliyinin COVID-19 virusu ilə bağlı yaradılmış 814 nömrəli Çağrı Mərkəzi ilə də əlaqə saxlaya bilərsiniz. Bu qurumlar sizə cari sağlamlıq vəziyyətiniz barədə suallar verəcək.

Ehtiyac yaranarsa, sizə təcili tibbi yardım briqadası göndərəcək və ya sizi tibb məntəqəsinə yönləndirəcəklər. Çağrı Mərkəzindən onlarda Covid-19 testi verilə biləcək yerlərin vahid siyahısının olmadığını, yalnız vətəndaşları zəng zamanı ərazi üzrə yönləndirdiklərini bildiriblər.

Kimlər test verə bilər?

Özündə koronavirusun öksürək, yüksək hərarət və s kimi əlamətlərini hiss edənlər Covid-19 analizini verə bilərlər. Təcili tibbi yardım briqadası hər çağırışda xəstədən mütləq Covid-19 testi götürmür. 814 Çağrı Mərkəzi yalnız yüksək hərarət kimi əlamətləri olan şəxslərdən Covid-19 analizinin götürüldüyünü bildirir.
Özündə hər hansı əlamət hiss etməyən şəxslər də Respublika ərazisində elan edilən tibb məntəqələrində Covid-19 testi verə bilərlər.
Xaricə səfər edən şəxslərdən isə Covid-19 testi mütləq qaydada tələb olunur.

pauza

Covid-19 testi üçün pul verməliyəmmi?

Əgər təcili tibbi yardıma müraciət etmisinizsə, bu zaman sizdən test götürülməsi üçün hər hansı ödəniş tələb olunmur. Azərbayca Covid-19 testi hər şəxs üçün yalnız 1 dəfə dövlət tərəfindən pulsuz aparılır. Səhiyyə Nazirliyinin 814 Çağrı Mərkəzi bunun üçün xəstədə Covid-19 əlamətlərinin olmalı olduğunu bildirir.
Əgər sizdə hər hansı əlamət olmadan özünüzü yoxlamaq məqsədilə test vermək istəyirsinizsə və ya xaricə səfər edirsinizsə, bu zaman testlər üçün pul ödəməlisiniz.
Ödənişli test üçün nə qədər pul verməliyəm?
Azərbaycanda Covid-19-un müəyyən edilməsi üçün burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan testin qiyməti 40-130 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir. Dövlət poliklinikalarında aparılan testlərin qiyməti özəl klinikalara nisbətdə iki dəfəyədək ucuzdur.

Test cavabım nə vaxt bilinəcək?

Təcili tibbi yardım vasitəsilə verilən Covid-19 testinin cavabı müraciət sıxlığından asılı olaraq bir neçə günə verilir.
Dövlət və ya özəl tibb məntəqəsində verdiyiniz testlərin cavabı isə testin növündən asılı olaraq həmin gün və ya 24 saatadək verilə bilər. Bəzi özəl klinikalarda test cavabını qısa müddətdə almaq istəyənlərə 20-30 manat əlavə ödəniş əsasında ekspress xidmətlər təklif olunur.
Pauza

Xaricə səfər edirəm, nələri bilməliyəm?

Azərbaycandan xaricə səfər edən və ölkəyə qayıdan şəxslərdən mütləq qaydada neqativ Covid-19 PCR test cavabı tələb olunur. Səfər üçün test verərkən özünüzlə pasport və biletinizi (electron bilet qəbul edilir) götürməlisiniz.
Qaydalara görə, sizdən yaxma nümunəsi götürüləndən uçuşunuzadək olan müddət 48 saatı keçməməlidir. Hava limanında bütün sərnişinlərdən Azərbaycan və ya İngilis dilində, kağızda çap olunmuş Covid-19 testi tələb edir. Elektron qaydada göndərilən test cavabları qəbul edilmir. Bir çox hava yolları şirkətləri Covid-19 testi pozitiv çıxan sərnişinlərin biletlərini cəriməsiz qaytarır.
Azərbaycana qayıdan şəxslərə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" tərəfindən tərtib olunmuş və şəxsin ölkəyə qayıtdığı gündən 14 gün müddətində özünü təcrid edəcəyi barədə öhdəliyini nəzərdə tutan bəyannamə imzaladılır. TƏBİB-in çağrı mərkəzi bu müddətin ikinci dəfə test vermək və digər üsullarla azaldılmasının mümkün olmadığını bildirib. Bu qaydanı pozanlar Cinayət Məcəlləsi ilə məsuliyyət daşıyırlar.

Demədi Demə

15:25 22.12.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə