İnsanlarda baş verən həyəcanlanma hissi timusun, dalağın və limfa vəzilərinin kiçilməsi ilə xarakterizə olunur. Bunlar böyrəküstü vəzinin qabıq hissəsinin fəallaşması və qlükokortikosteroid sekresiyasının sürətlənməsi ilə əlaqədardır. Həyəcanlanma fazası 2 mərhələdən ibarətdir:
- şok fazası
- antişok fazası.
Birinci fazada orqanizmin bəzi funksiyaları pozulur, ikinci fazada isə hipofiz-böyrəküstü vəzi sisteminin fəallaşması sayəsində orqanizmdə uyğunlaşdırıcı reaksiyalar inkişaf edir və daxili mühitin sabitliyinin bərpa edilməsi üçün şərait yaranır.
Həyəcanlanma zamanı böyrəküstü vəzilər hipertrofiyaya uğrayır və kortikosteroidlərin səviyyəsi yüksək qalmaqda davam edir və oorqanizmdə dəyişikliklər baş verir:
- dövran edən qanın həcmi artır
- arterial təzyiq yüksəlir
- qlükoneogenez sürətlənir.
Bu dəyişikliklər həm kortikosteroidlərin artmasının təsirindən, həm də simpatik sinir sisteminin aktivləşməsi ilə əlaqədardır. Həyəcanlanma zamanı orqanizmin patogen qıcıqlandırıcılara qarşı müqaviməti artır. Lakin bəzi hallarda həmin amillərə qarşı həssaslıq ola bilir. Patogen amil orqanizmə çox qüvvətli və uzun müddət təsir etdikdə böyrəküstü vəzinin qabıq maddəsinin funksiyası zəifləyir və orqanizm tələf olur.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə