Türkiyənin Obezite və Metabolik Cərrahiyyə Mütəxəssisi Prof. Dr. Alper Çelik şəkərli diabetin artmasının səbələrini açıqlayıb.
Demedideme.az həkimin fikirlərini təqdim edir:
"İnsan bədəni yediyi karbohidratları şəkərə (qlükozaya) parçalayır. Mədəaltı vəzdə əmələ gələn insulin adlı hormon bədən hüceyrələrinə həmin şəkəri enerjiyə çevirmək göstərişi verir. Diabetin yaranmasına isə insulinin hasil olunmaması və ya hormonun funksiyasını yerinə yetirməməsi səbəb olur. Nəticədə, qanda şəkərin miqdarı artır".
"Diabet nisbətinin artmasının ən böyük səbəbi həyat tərzinin daim dəyişməsidir. Məsələn, texnologiyanın gündən-günə inkişaf etməsi və özünü yeniləməsi iş həyatında artan stresə, sağlam olmayan qidalanmaya və oturaq həyata səbəb olur. Şəkərli diabetin artmasının başqa bir amili idman etmək vərdişinin olmamasıdır. Hazırda nizamlı idman mədəniyyəti o qədər də inkişaf etməyib. Bu hərəkətsiz həyat tərzi diabet riskini artırır. Bundan əlavə, yetərsiz və pis qidalanma vərdişi də şəkər xəstəliyinə səbəb olan amildir. "Fast food" və hazır yemək mədəniyyətinin formalaşması nəticəsində diabet nisbətinin artdığı müşahidə edilib" - deyə, cərrah əlavə edib. (publika.az)
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə