Mütəxəssislərdən yumurta ilə bağlı XƏBƏRDARLIQ

632 baxış

Yumurta ən sağlam qidalarımızdan biridir. Bir çoxumuz evə gəldiyimiz zaman yumurtanın palstik qabını atar və soyuducuya yerləşdirərik.

Bəs bu düzgündürmü?

Demedideme.az medicina.az-a istinadən bununla bağlı araşdırmanı təqdim edir:

Yumurtaları qabından çıxartsaq...

Həmin plastik qab yumurtaları qoruyur. Amma onun başqa bir özəlliyi də var. Soyuducuda olan qidaların qoxusunun yumurtaya keçməsinin qarşısını alır. Həmçinin bişməmiş yumurta qabığında çoxlu sayda bakteriyalar olur. Yumurtaları qabından çıxarsaq, soyuducuda təmas etdiyi fərqli qidalara bakteriyaları keçirə bilər.

Son istifadə tarixləri...

Yumurta bişdikdən sonra qabığındakı və özündəki bakteriya riski ortadan qalxar. Həmçinin qutunun üzərində son istifadə tarixi olduğu üçün yumurtanı nə zaman aldğınız və nə vaxta qədər istifadə etməli olduğunuzu unutmayacaqsınız.

Yumurtanın təzə və bayat olduğunu necə anlaya bilərik?

Su ilə dolu böyük stəkana qoyulan yumurtanı suya batırdlqdan sonra üfüqi durarsa təzə, yarı üfüqi durarsa 8-10 günlük, suyun üzərinə çıxarsa köhnə deməkdir.

Köhnə yumurta qırıldığında

Eyni zamanda, yumurta qırıldığında təzə olub-olmadığını da anlamaq olar. Təzə yumurta qırıldığında sarısı dağılmaz, rəngi daha parlaq və ağı sarısından asan ayrılmaz. Bayat yumurta isə qırıldığında sarısı tez dağılır, ağının axışqanlığı azalmış və su kimi olur.

Demədi Demə

13:33 12.09.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə