Su çiçəyi - yoluxucu bir xəstəlik növüdür.
Xəstəliyin əlamətləri:
Balaca, qırmızı və ortasında su olan balaca ləkələr ilk öncə qarın və kürək nahiyəsində daha sonra isə bütün bədəndə görsənməyə başlayır. Səpkilərin içərisində olan maye bulanıq, ağ rəngdə olur.
Dözülməz qaşınma müşahidə edilir lakin uşaqları bu səpkiləri qaşımaqdan çəkindirin əgər səpkilər qaşınıb qoparılsa onu yerlərində çapıqlar qalacaq,
Bədəndə yüksək hərarət,
İştahsızlıq və baş ağrısı,
Su çiçəyindən qorunmanın bir üsulu çiçək peyvəndi olmaqdır. Peyvəndin qoruyuculuğu az olduğundan rutin istifadə olunmur.
Müalicəsi:
Bədəndə olan qırmızı sulu ləkələri yaşıl briliant abısı ilə rəngləmək, dərini səthini təmiz saxlamaq, ikincili infeksiyalaşmanın qarşısını almaq lazımdır. Vitaminlər qəbul etmək.
Su çiçəyi xəstəliyini herpetik viruslardan biri törədir. Xəstəliyin baş verməsi ehtimalı çox yüksəkdir. Praktik olaraq bütün insanlar uşaqlıqda bu infeksiyaya yoluxurlar. Xəstəlikdən sonra yaranan immunitet çox yüksək olur və təkrar xəstələnmə halı olmur. Xəstəliyin əvvəlində uşağın hərarəti qalxır, onun ümumi halı, iştahası və yuxusu pozulur. Sonra səpgi əmələ gəlir. Səpgi ilk əvvəl xırda qırmızı ləkə şəklində olur. Bir neçə saatdan sonra ləkə qabarcığa çevrilir. Qabarcıqlar 1-2 gündən sonra açılır və onların yerində qartmaq əmələ gəlir. Suçiçəyi qabarcıqları nəinki dərinin müxtəlif yerlərində, başın tüklü hissəsində, cinsi orqanlarda, həmçinin ağız və daxili orqanların selikli qişasında da əmələ gəlirlər.
Xəstəlik, adətən, yüngül keçir. İmmuniteti zəif olan, həmçinin digər ağır xəstəliklər nəticəsində zəifləmiş uşaqlarda xəstəlik ağır formalarda keçə bilər.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə