İpoxondriya

395 baxış

İpoxondriya - bu zaman insan daima xəstələnməkdən qorxur, müxtəlif xəstəliklərə qarşı müalicə almağa çalışır. Bu vəziyyət psixosomatik pozğunluq hesab olunur, bu zaman daxili orqanlarda da pozğunluqlar qeyd olunur.
Səbəbləri:
İpoxondriya - çox həyəcanlı, stresslərə, depressiyalara meylli insanlarda baş verir. Patoloji hamiləlik, doğuş zamanı travmalar, infeksiyalar da rol oynayır. Ailədəki tərbiyənin də əhəmiyyəti vardır. Xəstəliyin başlanması yaxının ölümü və ya xəstəliyi səbəb ola bilər.
Simptomları:
İpoxondriyalı xəstələr elə zənn edirlər ki, guya xəstədirlər və ya tezliklə xəstələnəcəklər. O öz vəziyyətini hansisa həkimdən daha yaxşı bilir. Onun fikri tez-tez dəyişir, şübhələri onu çox sıxır. Xəstəliyin ən çox rast gəlinən simptomu "ağrılar" və digər "əlamətlərdir". Xəstə onları "hiss" edir, həkim müayinə etdikdə isə heç nə aşkar etmir. Belə xəstə həkimə inanmır, daha çox narahat olur. İpoxondriyada daha çox ürək, mədə, bas beyin, cinsi orqanlar "əziyyət çəkir". Zaman keçdikcə doğrudan da onlarda daxili orqanlarda pozğunluqlar yaranır. Belə faktlar mövcuddur ki, belə xəstələr "miokard infarktına" tutulublar. Xəstələrin çoxunda isterik əlamətlər - onlar "xəstələnmək" və diqqət mərkəzində olmaq istəyirlər.
Siz nə edə bilərsiniz:
Belə xəstələrlə düzgün davranmaq, səbirli olmaq, onlarla mübahisə etmək lazım deyil. Zaman keçdikçə bu, onlara müsbət təsir edir. Ətrafdakılar onlara əhəmiyyət vermədikdə bu hal onlarda keçib gedə bilər. Onlara televerilişlərə baxmağı və kitab oxumağa icazə verməyin.
Müalicəsi:
Müalicədə nevroloqlar, psixoterapevtlər, psixiatrlar iştirak etdilər. Əsas müalicə psixoterapiyadır. Seans zamanı həkim xəstənin həyəcanını aradan qaldırmalı, dərmanlardan istifadə etməməyə çalışmalıdır, yoxsa xəstə elə zənn edər ki, onda doğrudan da xəstəlik var.

Demədi Demə

12:06 01.09.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə