Qarpız yayın ən çox sevilən məhsullarından biri, bəlkə də birincisidir. Yayda demək olar ki, hər gün qarpız yeyilir. Və çoxları qarpızı çox miqdarda qəbul edir. Çoxlu miqdarda qarpız yemək düzgündürmü? Qarpızı məhdudiyyətsiz qəbul etmək olarmı?
Mütəxəssislər hesab edirlər ki, qarpızı kim nə qədər istədi yeyə bilməz, qədərini bilmək, normada qəbul etmək lazımdır. Qarpız - beta-karoten, A, B5, B6 vitaminləri ilə, silisium (Yer kürəsində oksigendən sonra ən çox yayılmış ikinci element) habelə kalsium, maqnezium, kalium, natrium, dəmir və digər faydalı maddələri özündə ehtiva edir. Bundan başqa, qədərində istifadəsi aclıq hissini ələ almağa kömək edir və arrıqlamaq istəyənlər üçün köməkçi rolu oynaya bilər. Amma bir şərtlə, yeyiləndə miqdarı gözlənilsin.
Qarpızın hər 100 qramına 5-10 qrama qədər şəkər düşür. Bu, birincisi, mədəaltı vəzinin həddindən artıq yüklənməsi deməkdir. İkincisi, onun nəzarətsiz istifadəsi artıq çəkiyə gətirib çıxara bilər. Mütəxəssislər hesab edir ki, böyüklər gündə 400-500 qrama, uşaqlar isə 300-400 qrama qədər qarpız yeyə bilərlər.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə