Artıq çəkidən qurtulmaq üçün mütləq lifli qidalardan istifadə olunmalıdır.
Demedideme.az e-tibb.az-a istinadən bildirir ki, mütəxəssislər tərəfindən tövsiyə olunan bu məhsullar təkcə sürətlə çəki itkisinə səbəb olmur, həmçinin bir sıra xəstəliklərdən də qoruyur. Bildirilir ki, həm sürətli, həm də sağlam şəkildə arıqlamaq istəyənlər bu məhsulları mütləq diet siyahılarına salmalıdırlar.
Ümumiyyətlə, hesab olunur ki, gün ərzində daha çox miqdarda lifli qidalardan istifadə olunmalıdır. Lifli qidaların ən önəmli tərəfi xolestrol səviyyəsini aşağı salması hesab olunur. Onlar öd turşusuna təsir edərək yağ və xolesterol səviyyəsini aşağı salır, daha uzun zaman toxluq hissi yaradır. Bu funksiya qida qəbulunun müəyyən dərəcədə azalmasını da təmin edir.
Aparılan araşdırmalar göstərir ki, lifli qidalar qəbul etmək xolesterolu aşağı saldığlı üçün ürək xəstəlikləri riskini 9 faiz azaldır. Bundan başqa, hər gün 7 qram lifli məhsul yemək iflic olma riskini 7 faiz azalda bilir. Eləcə də qarşıq diet proqramları yerinə gündəlik lifli qidalara üstünlük vermək daha tez çəki itkisinə səbəb olur.
Bəs daha çox hansı lifli qidalar tövsiyə olunur?
Bu siyahıda portağal, quru əncir, kakao, bulqur, qarğıdalı, taxıl məhsulları, yulaf əzməsi, badam, banan, brokoli, yaşıl noxud, avokado, nar, alma, soya, armud, çiyələk, kök, tut, böyürtkən, qabaq, turp, badımcan, kərəviz, kəpəkli makaron, fıstıq, kokos və s. adları var.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə