Mütəxəssislər paxlalı bitkilərin faydaları barədə araşdırma aparıblar.
Demedideme.az e-tibb.az-a istinadən bildirir ki, Kanada alimlərinin apardığı tədqiqatın nəticələrinə görə, paxlalı bitkilər qanda şəkəri azaldan və ürəyi qoruyan ideal məhsuldur. Onlar hesab edir ki, bu məhsulların istifadəsi qanda qlükoza səviyyəsini azaltmağa kömək edir. Bundan əlavə, paxlalılar ürək-damar sisteminin işini yaxşılaşdırır. Guelph Universitetinin əməkdaşları diabet və arterial hipertoniyadan əziyyət çəkən insanlar üçün paxlalı bitkilərin istifadəsini tövsiyə edir. Bu məhsulların üstünlüyü protein mənbəyi olmasıdır. Bundan əlavə, paxlalılar artıq çəki almağın qarşısını alır, uzun zaman tox saxlayır. Tədqiqatçıların fikrincə, lobya, noxud və mərciməkdə olan protein miqdarı, dənli bitkilərin protein miqdarından 2-3 dəfə çoxdur. Lif ehtiva edın lobya qanda xolesterol səviyyəsini aşağı salmağa kömək edir. Qanda şəkəri azaltmaqla damarların vəziyyətini yaxşılaşdırır və bununla artıq çəki də itirilir. Beləliklə, paxlalıların istifadəsi şəkərli diabet və ürək-damar xəstəliklərinin qarşısını alır. Bundan əlavə, bu məhsullar mütəmadi qəbul edildikdən sonra infarkt və insult riski azalır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə