COVİD-19 infeksiyasının yayılması müxtəlif şəkildə əhalinin bütün təbəqələrinə təsir göstərib. Bu prosesin ən neqativ nəticələrindən biri insanlarda stres və depressiya yarada biləcək emosional ruh düşkünlüyüdür. Yaşından, cinsindən və sosial statusundan asılı olmayaraq, bütün insanlar narahatçılıq, təşviş, qorxu və hətta panik ataklar yaşaya bilər. Belə hallarda insanın həm dost və yaxınların dəstəyinə, həm də psixoterapevt və ya klinik psixoloqun peşəkar yardımına ehtiyacı ola bilər.
Demedideme.az e-tibb.az-a istinadən bildirir ki, Səhiyyə Nazirliyinin yanında fəaliyyət göstərən Təcili Psixoloji Yardım Mərkəzinin rəhbəri Günel Əliyeva COVİD-19 pandemiyası zamanı stresin idarəedilməsi barədə danışıb. Mütəxəssis bu kimi çətinliklərin öhdəsindən gəlmək yollarından söhbət açıb.
"Stresin qarşısını effektiv şəkildə necə almalı?" sualını cavablandıran həkim-psixiatr qeyd edib ki, stres - orqanizmin ətraf mühitin dəyişən şərtlərinə qarşı olan qoruyucu reaksiyasıdır. Stresin həm müsbət, həm də mənfi formaları mövcuddur. Müsbət stress insan orqanizmini dəyişkən ətraf mühitə uyğunlaşmaq üçün səfərbər edən müdafiə cavabıdır. Öz növbəsində mənfi stres (distres) müxtəlif psixoloji pozğunluqlara səbəb ola bilər.
"İnsan psixikası müxtəlif mənfi amillərə müqavimət göstərə bilir. Stresə davamlılığımız çox şeyə qadirdir və müəyyən stresə və dəyişikliklərə uyğunlaşa bilir. Lakin bəzən olur ki, insan distresin öhdəsindən gələ bilmir və bu öz növbəsində onun gündəlik həyatına mənfi təsir göstərir. Distres fonunda təcavüzkarlıq, yuxusuzluq, məzlum əhval, narahatlıq kimi hallar yaşana bilər. Bu hallar isə öz növbəsində alkoqoldan sui-istifadə, siqaret çəkmə və digər pis vərdişlərə səbəb ola bilər. Simptomların iki həftədən artıq davam etdiyi təqdirdə mütləq mütəxəssislə konsultasiya keçməyi tövsiyə edirəm".
Onun sözlərinə görə, stresə davamlılığı artırmaq üçün kifayət qədər yuxu, sağlam qidalanma, müntəzəm fiziki aktivlik, gəzintilər və pozitiv insanlarla ünsiyyət kimi bir sıra üsullar mövcuddur.
Günel Əliyeva qeyd edib ki, bütün bu amillər distresin azalmasına və psixi vəziyyətin yaxşılaşması təsir edib. "Yaxın adama stres zamanı necə kömək etmək olar?" sualını cavablandıran Günel Əliyeva bildirib ki, ilk növbədə emosional disbalansın səbəblərini müəyyən etmək üçün ona daha çox diqqət ayırmaq, onunla daim ünsiyyətdə olmaq lazımdır.
Həkim-psixiatr, həmçinin insanın streslə müstəqil mübarizə aparma üsulları barədə tövsiyələrini də bölüşüb. Mütəxəssis bildirib ki, əslində stresin öhdəsindən təkbaşına gəlmək o qədər də çətin iş deyil. Sadəcə, özünüzü səfərbər edib, müxtəlif yollarla stres müqavimətinizin səviyyəsini artırmalısınız.
Bunun ən effektiv üsulları bunlardır:
Fiziki-Gündə 8 saatlıq normal yuxu, sağlam qidalanma, gündəlik 20-30 dəqiqəlik fiziki aktivlik, təmiz havada gəzintilər, yoqa
Mental - Müsbət düşüncənin və optimizmin inkişafı, situasiyanın inkişafına gətirəcək yolları axtarmaq
Emosional-Sevimli musiqi, yaxınlarla ünsiyyət, başqalara çətin vəziyyətdə yardım etmək.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə