Demedideme.az Milli.Az-a istinadən xəbər verir ki, Trend-in "Həkim məsləhəti" rubrikasında pediatr Təranə Göyüşova "Uşaqları çimərliyə apararkən ən çox nəyə diqqət edilməlidir?" sualını cavablandırıb.
Valideynlər hər zaman istəyirlər ki, qısa yay aylarında uşaqları mümkün qədər çox günəş şüaları altında olsun və D vitamini alsınlar. Çimərliklər uşaqların fiziki və ruhi inkişafında mühüm rol oynayır. Lakin uşaqları çimərliyə aparan zaman müəyyən qaydalara ciddi riayət etmək lazmdır.
Uşaqları saat səhər saat 10.00-a qədər və axşam saat 17.00-dan sonra çimərliyə aparmaq lazımdır. Yay aylarında günün isti vaxtında günəş şüaları altında qalmaq və dəniz kənarında olmaq uşaqlara məsləhət görülmür. Valideynlər uşaqları daha çox günəşin zərərli şüalarından qorumalıdırlar. Belə ki, günəş şüaları altında uzun müddət qalmaq uşaqlarda bir çox xəstəliklərə səbəb ola bilər.
Orqanizmin D vitamini alması üçün bir neçə dəqiqə gün altında gəzmək kifayət edir. Uşaqlar günəş altında kepka, şlyapa geyinməli və gün altına çıxmamışdan 30 dəqiqə öncə günəş şüalarından qoruyucu krem çəkilməlidir. Hər dəfə dənizdə çimdikdən sonra gün kremi yenidən vurulmalı, əgər uşaq çimmirsə gün kremi hər 2 saatdan bir yenidən vurulmalıdır. Dərinin rəngi açıq olan uşaqlar daha çox risk altında olur.
Dənizdən və ya hovuzdan çıxdıqdan sonra uşaqların yaş geyimləri dərhal dəyişilməlidir. Çünki yaş geyim ilə gəzmək uşaqların sağlamlığını təhlükə altına alır. Gün altında qorunmasız şəkildə uzun müddət qalan uşaqlarda hərarətin artması, baş ağrısı, bəzən də ürəkbulanması, qusma kimi əlamətlər müşahidə edilə bilər. Yüngül yanma zamanı dəridə qızartı, ağrı və yanma hissi, ağır yanıqlar zamanı isə su dolu qabarcıqlar və hüceyrə zədələnməsi baş verə bilər.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə