Artıq çəkidən azad olmağın müxtəlif üsulları var. Şübhəsiz ki, bu sahədə idman məşğələlərlə yanaşı, diyetik yeməklərə üstünlük verilməsi də əsas və aparıcı yer tutur.
Diyetik yemək duz, şəkər və un məmulatlarından istifadə edilməməklə hazırlanır. Həmin yeməklərin hazırlanmasında xüsusi qida məhsullarından istifadə olunur. Məsələn, xörəklərin tərkibinə un məmulatı kimi yalnız yulaf və qarabaşaq unu daxil edilir.
Orqanizmə uyğun olan düzgün qida məhsullarının müəyyənləşməsi üçün mütəxəssislərə müraciət etmək vacibdir, çünki pəhriz məhsulları hər orqanizm üçün fərdi qaydada hazırlanır.
Demedideme.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-diyetoloq Ləman Süleymanova deyib: "Diyetik yeməklərdən ibarət pəhrizə başlamamışdan əvvəl hormon və insulin çatışmazlığı analizləri ilə yanaşı, orqanizmin ümumi analizləri verilməlidir. Həmin analizlərə, eləcə də hər kəsin xəstəlik və fərdi keyfiyyətləri nəzərə alınmaqla pəhriz menyusu tərtib edilir. Məsələn, uşaqlar üçün, şəkərli diabet xəstələri, mədəsində qastrit olanlar və s. üçün fərdi menyular var".
Arzuolunmaz çəkidən xilas olarkən mütləq sağlamlığın da qeydinə qalmaq tələb olunur. Əks təqdirdə orqanizm üçün təhlükə yaranmış olar.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə