Qaraciyərin ölçülərinin böyüməsinə - hepatomeqaliya deyilir. Böyümənin səbəbləri müxtəlif ola bilər və istənilən yaşda baş verə bilər.
İstənilən halda qaraciyər ölçüsünün böyüməsi həyəcan siqnalıdır və ciddi xəstəliklərin başlanğıcı ola bilər. Bəzi hallarda qaraciyər böyüməsi qaraciyər çatışmazlığına kimi aparır və xəstənin ölümünə səbəb olur.
Demedideme.az medicina.az-a istinadən qaraciyərin böyüməsinin əlamətlərini təqdim edir.
Adətən cüzi ölçü dəyişimi elə də ciddi simptomlar vermir. Amma proses irəlilədikcə, qarında şişkinlik, ağırlıq və qaraciyər nahiyəsində küt ağrı verə bilir.
-Sarılıq
-Halsızlıq, yorğunluq
-Arıqlama, ciddi çəki itkisi
Müayinəsi
Peşəkar həkim hətta əllə yoxlama və USM- də qaraciyərdə ölçü böyüməsini təyin edə bilər.
Daha dəqiq analiz üçün müayinə olunur:
-Qan analizi - qaraciyər fermentlərinin yoxlanması
-USM və KT - qaraciyərin daxilini görmək üçün
-Qaraciyərdən biopsiya - toxumanın analizi üçün
Qaraciyər böyüməsinin səbəbləri:
-Qaraciyərin soyuqdəyməsi, yəni iltihabi prosesi
-Qaraciyərin distrofiyası
-Müxtəlif virus və infeksiyalar
-Dərman preparatlarının təsiri, yan təsiri
-Əməliyyatlardan sonrakı dövr
-Qaraciyərin toksinləşməsi
-Hepatitlər
-Autoimmun xəstəliklər
-Metobolik sindrom
-Genetik səbəblər
-Kistalar
-Şişlər, onkologiya
-Qan dövranı pozulması ilə əlaqədar xroniki ürək çatışmazlığı
-Qaraciyərə gedən venaların bloklanması
Müalicəsi varmı?
Əlbəttə var. Əgər hematomeqaliya vaxtında aşkarlansa, savadlı hepatoloq tərəfindən prosesin səbəbi tapılıb müalicəyə başlanıla bilər. Əgər pasiyent içki içirsə, ilk növbədən alkoqoldan imtina olunmalıdır. Hepatitlərin də müalicəsi mümkündür.
Qaraciyərin virus zədələnmələri və toksinləşməsi zamanı onu detoksikasiya edən yeganə klinia Bioloji Təbabət klinikası və yagenə metod bioloji təbabət metodudur. Alman üsulu və preparatları ilə bütün bədən və qaraciyər toksinlərdən təmizlənir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə