Normal böyrəklər necə olur

399 baxış

Sağlam  şəxslərdə  USM  zamanı  normal  böyrəklərin  uzunluğu  7,5-12 sm, eni  isə  4,5-6,5 sm, qalınlığı  3,5-5,0 sm-dir. Böyrəklər  arasında  olan  fərq  isə  1-2 sm-dən  çox  olmamalıdır. Boylama istiqamətdə  böyrək  ovoid  exoneqativ  törəmə  kimi  vizualizasiya  olunur, ətraf  toxumalardan fərqlənir.
Böyrək  sinusu  böyrəyin  mərkəzində  yerləşərək, uzanmış  şəkildə  olub, artmış  exogenliyə malikdir. Köndələn  müayinə  zamanı  böyrəyin  forması  oval  və  ya dairəvi forma  alır. Böyrəyin  xarici  səthində  qalınlığı  1,5 mm  olan  exopozitiv  fibroz  kapsula  təyin   olunur.  Ondan  kənara  ətraf  piy toxuması  aşağı  exogen  zona  kimi  vizualizasiya  olunur.
Böyrək  parenximası  çox  incə  demək  olar  ki, anexogendaxili  struktura  malikdir. Bəzi  hallarda böyrək  kapsulası  və  sinus  arasında  çoxlu  dairəvi  exoneqativ  törəmələr - böyrək  piramidləri  aşkar edilir. Onların  diametrləri  0,5-0,9  sm-ə qədər olur. Normal  hallarda  böyrək  parenximasının sahəsinin  sinusun  sahəsinə  nisbəti  2:1 -ə  bərabər  olur.
Böyrək  kasacıqlarında  az  miqdarda  sidik  olduqda  onlar  kiçik  dairəvi  exoneqativ, diametri normada 0,5 sm-dən  çox  olmayan  törəmə  kimi  aşkarlanır.
Böyrək  damarları  qarının  ön  divarından  köndələn, yaxud  çəp  istiqamətdə  müayinə  apardıqda təyin  oluna  bilir.

mənbə:Milli.Az

Demədi Demə

14:29 27.07.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə