Dilin iltihabı – qlossit

393 baxış

Qlossit dilin iltihabi xəstəliyidir. Xəstəlik gedişinə görə kəskin və xroniki olur. Qlossit dil əzələsində müxtəlif dəyişikliklərin əmələ gəlməsinə səbəb olur:
- şişkinlik
- dilin rənginin dəyişilməsi
- dilin sorma qabiliyyətinin itməsi
- dilin üstünün sığallı olması.
Xəstəlik birincili - qlossit, ikincili - digər xəstəliklərin əlaməti olaraq meydana çıxa bilir.
Xəstəlik zamanı dilin rəngi tünd qırmızı rəng alır, həssaslığı artır və sığallı olur. Bu zaman dilin hərəkəti, udma aktı, çeynəmə çətinləşir, ağrılı olur.
Xəstəliyin əmələ gəlməsində bakteriya və virus infeksiyalarının rolu böyükdür. Qlossitin baş verməsində dilin mexaniki zədələnmələri, yanıqlar, stomatoloqların müalicəsi zamanı baş verən zədələnmələrin də rolu ola bilir. Nadir hallarda isə qlossitin baş verməsində spirtli içkilər, qaynar qidalanma, diş məcunları, müxtəlif kimyəvi qida boyaları da səbəb ola bilir.
Qlossit müxtəlif qan xəstəliklərinin, vitamin çatışmazlığının, ağız boşluğu xəstəliklərinin, aftoz yaraların, sifilisin ağırlaşması olaraq da meydana çıxa bilir.
Xəstəliyin müalicəsi iltihab əlamətlərinin aradan qaldırılmasına əsaslanır. Müalicə dövründə dilin gigiyenasına diqqət yetirilir, antibiotik və göbələkəleyhinə dərman vasitələrindən istifadə edilir. Xəstəyə sağlam həyat tərzi keçirmək tövsiyə edilir.

mənbə:milli az

Demədi Demə

13:29 27.07.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə