Narkotik bitkilərdən hazırlanmış siqaretlər digər uyuşdurucular kimi asılılıq yaradır. Bu insanın aludə ola biləcəyi pis vərdişlərdən biridir, hansı ki, bu alışqanlığın qurbanları getdikcə durmadan artır.
Narkotik bitkilərinin becərilməsi asan olduğu üçün bir çox insanlar narkotik vasitə kimi ondan istifadə edir.
Xəşiş, anaşa, çətənə narkotik bitkilərdən hesab edilir. Bir çoxları onun insan orqanizminə çox zərər vermədiyini düşünür, amma bu belə deyil.
Statistika narkotik bitkilərdən ən çox gənc yalşı insanların istifadə etdiyini göstərir. Bunun qarşısını almaq üçün ilk növbədə valideyinlər öz övladlarına qarşı diqqətli olmalı və onlarda baş verən dəyişiklikləri diqqətdən qaçırmamalıdır.
Narkotik bitkilərdən istifadə edənlərdə aşağıdakı əlamətlər özünü göstərir:
* yaddaşın pozulması, unutqanlıq
* huşun getməsi
* aradabir baş verən baş ağrıları
* depressiv vəziyyətlər
* baş hərlənməsi
* halsızlıq
* ətrafdakılara qarşı laqeydlik
* nitqdə baş verən qüsurlar
* qəfil baş verən əsəbi vəziyyətlər.
Ətrafınızda bu kimi hallara rast gəldiyinizdə ona mütləq kömək əlinizi uzadın və narkotik vastələrin ona çox zərər verə biləcəyini deyin.
Narkotik bitkilərdən istifadə insanda mütləq asılılıq yaradır və orqanizmin bütün funksiyalarına təsir edir. Bu cür bitkilərin istifadəsi zamanı orqanizmdə aşağıdakı patologiyalar meydana çıxır:
* hərəkət pozğunluğu
* xroniki depressiya
* tənhalıq hissinin aşkar bəlli edilməsi
* orqanizmin inkişafdan qalması
* nəfəsalmada pozğunluq
* halyusinasiyalar
* daxili orqanların fəaliyyətində zəifləmə.
mənbə:milli az
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə