5 ANTİ-STRESS məhsul

403 baxış

Stress insan həyatının ayrılmaz hissəsidir. Güclü xroniki streslər ziyanlıdır. Belə streslər ürək-damar, immun, həzm, sinir sisteminə mənfi təsir edir, müxtəlif xəstəliklərin inkişafına şərait yaradır.

Demedideme.az saglamolun.az-a istinadən bildirir ki, xroniki stress əsrimizin bəsası olan depressiyanın əsas səbəbi sayılır. 

Bəzi qida məhsulları orqanizmdə stressin səviyyəsini aşağı salmağa yardım edir. Mütəxəssislər xroniki streslərə məruz qalan insanlara qidalanmaya bu kimi məhsulları əlavə etməyi tövsiyə edirlər:

Yulaf yarması

B1 və B3 vitaminlərlə zəngin olan yulaf yarması sinir sisteminə çox müsbət təsir edir. Yulaf yarmasının tərkibində olan triptofan aminturşusu "xoşbəxtlik hormonu" kimi tanınan serotoninin ifrazını artırır. Serotonin yaxşı yuxu və əhvalı təmin edir, depressiyanın inkişafına mane olur. 

Qoz

Qoz B qrupu vitaminləri və maqneziumla zəngindir. B qrupu vitaminləri və maqnezium sinir sistemini çox yaxşı sakitləşdirir. 

Banan

Banan da B qrupu vitaminləri, maqnezium və kaliumla zəngindir.

Tünd şokolad

Tünd şokolad triptofanla zəngindir. Həmçinin tünd şokoladın tərkibində çoxlu antioksidantlar var. Antioksidantlar stress hormonlarının səviyyəsini aşağı salır.

Qızılbalıq

Omeqa-3 yağlı turşular və zülalla zəngin olan balıq orqanizmdə stress hormonlarının səviyyəsini aşağı salmağa yardım edir.

Demədi Demə

19:55 21.07.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə