Beynəlxalq assosiasiya olan "The Academy of Eating Disorders" qidalanma pozuntusu ilə bağlı əsas nüansları təqdim edib.
Milli.Az xəbər verir ki, ABŞ-ın Syosset xəstəxanasının psixoloqu Dina Hörs anoreksiya və ya blumiyadan əziyyət çəkənlərin bu vəziyyətə düşməsində ailələrinin günahlandırılmamalı olduğunu bildirib: "Ailə onlar üçün sağalmaq istiqamətində güc qaynağı ola bilər. Qidalanma pozuntusu xroniki xəstəliyə yol açır. Bu problemlə daha çox incə bədənə sahib olmaq arzusunda olanlar üzləşir. Xüsusilə gənc qızlar yeməklərinə məhdudiyyət qoyur. Lakin kişilər də istisna deyil. Statistikaya əsasən, kişilərin 2%-i müxtəlif yaşda qidalanma pozuntusu yaşayır".
Psixoloqlar xəbərdarlıq edir: qidalanma pozuntusu intihar riskini artıra bilər.
"The Academy of Eating Disorder"in (Qidalanma Pozuntusu Akademiyası) 2014-cü il üzrə araşdırmasına əsasən, yeməklə bağlı problemi olan 1436 nəfərdən 12-i intihara cəhd etdiyini bildirib, 43%-i isə ən azı bir dəfə bu barədə düşündüyünü qeyd edib.Həkimlər qidalanma pozuntusunda genlərin də mühüm olduğunu deyir. Lakin tam yaxşılaşmaq da istisna edilmir. (publika.az)
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə