Quru üzüm kimi istifadə edilən kişmiş orqanizm üçün çox xeyirlidir. Ondan istifadə edilməsi bir sıra sağlamlıq problemlərini qaydaya salır. Qara kişmişin müalicəvi təsiri ağ üzümünkündən artıq olduğunu mütəxəssislər də təsdiq edirlər.
Demedideme.az Azərtac-a istinadən bildirir ki, kişmiş sinir sistemini və ürəyi möhkəmləndirir, limfaları, ağciyərləri, qaraciyəri və bağırsağı təmizləyir. Kişmişdən istifadə etmək qaraciyəri təmizləyir, qan azlığını aradan qaldırır. Onun tərkibində xolesterini aşağı salan və xərçəng əleyhinə maddələr var. Yuxu pozğunluğunu aradan qaldıran kişmiş sinirləri gücləndirmək və oynaq ağrılarını azaltmaqda mühüm əhəmiyyət daşıyır.
İdmançılar məşq zamanı yüksək enerjiyə malik olmaq üçün çoxlu kişmiş yeyirlər. Halsızlıq və gücsüzlük zamanı bir ovuc kişmiş yemək enerjini bərpa edir.
Maqnezium və kalium kimi bir çox əhəmiyyətli minerallarla zəngin olan kişmiş orqanizmdəki turşunu azaltmaq xüsusiyyətinə malikdir. Həmçinin qan zəhərlənməsi zamanı metobolik vəziyyəti sakitləşdirir. Mütəmadi olaraq quru meyvəni yemək saç tökülməsi, dəri xəstəlikləri və oynaq ağrısı ilə mübarizə aparmaq üçün ən yaxşı vasitədir.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə