Xəstəxanalarda yer qalmadı - Karonaya yoluxsaq evdə necə sağalaq?

390 baxış

Xəstəxanalarda  yer  qalmadı - Karonaya  yoluxsaq  evdə nə edək?

gər bir şəxs özündə və ya ailənin bir üzvündə yeni COVID-19 əlamətlərindən birini hiss edərsə, yoluxmasına şübhələnərsə, iş yerində və ya ünsiyyətdə olduğu insanlardan kimdəsə virus aşkarlanarsa, dərhal özünü evdə təcrid etməlidir və aşağıdakı tədbirləri görməlidir.


• Dərhal, gözləmədən və gün itirnədən 103 və 1542(TƏBİB) qaynar xətlərinə (yaxşı olar ki, şəhər telefonu ilə zəng edəsiz, uzun növbələr var) zəng edib, virus əlamətləri keçirdiyini bildirib, test tələb edirsiz. Özünüzü növbəyə yazdırın və gün ərzində təcili yardıma dəfələrlə zəng edib, özünüzü xatırladın. Zaman itkisinə yol verməyin.
• Təcili yardım gecəyarı da test üçün gələ bilər. Əgər qeydiyyatda olduğunuz ərazi üzrə təcili yardım stansiyasının nömrəsini bilirsizsə, ora da məlumat verin.
• Daha sonra qeydiyyatınız üzrə poliklinikaya zəng edib, sizin yaşayış yeri üzrə sahə həkimi və terapevti tapın, məlumat verib, ilkin tibbi müdaxilə və müalicə sxemi istəyin. Sizi qeydə alsın və nəzarətdə saxlasın.
• Təcili yardım gələnə kimi özəl klinikalardan birinə (ikiqat maska, əlcək taxmaq və tək getmək şərtilə) gedib, ilk rentgen etdirin. Hər ehtimala qarşı ümumi qan, qanda C reaktiv zülal analizi verdirin.
• Əgər rentgen nəticəsində pnevmoniya aşkarlanarsa, yubatmadan KT müayinədən keçib, sonra evə qayıdın.
Xəstəxanaya gedib gələrkən ictimai nəqliyyatdan istifadə etməyin.
KT və rentgen cavablarınızı ailə içindən olmayan biri götürüb, öncədən danışdığınız pulmonoloqa apararaq (özəl klinikada da olar) ödənişli də olsa, göstərib, müvafiq müalicəni yazdırmaq və o reseptə uyğun müalicəyə başlamaq lazımdır.
• Təcili yardım gəlmədikdə onlara zəng edib, testin nə vaxt olacağını soruşun, tezləşdirin. Eləcə də Təbib və bütün digər qaynar xətlərə yenidən zəng edin
• Ailə içində yaşlı, xroniki xəstəliyi olan nənə-baba, ana-ata varsa və ayrı bir bağ evi, qeydiyyatda olduqları rayon evi olarsa, onları ora göndərib, izolə edə bilərsiz.
• Evin içində dəsmal, sabun, qab, stəkan, əşyalar, yataq, otaq ayırın. Otağınız daim havalı olmalıdır, pəncərələri açıq saxlayın.
• Siz və ailə üzvlərinizdən heç kim market, aptek, poçt, banka getməməli, qonşu və qohumlarla ünsiyyəti dayandırmalıdır.
• Ərzaq və ya dərmanlarınızı almağı qonşulardan xahiş edə bilərsiz. Onlar zənbili qapıya qoyub gedə bilər. Dərmanları onlayn sifariş edin. Kuryerə 1 metrdən çox yaxınlaşmayın
• Test götürülənə və cavab çıxana qədər vəziyyətinizə uyğun bu spesifik müalicəni edə bilərsiz:
– Qızdırma varsa, Parasetamol – gündə 2 dəfə
– Gecə yatmazdan əvvəl Nimesil – iltihab əleyhinə
– Bol ət bulyonu (sadə), meyvə suları, kompot, limonlu zəncəfilli çay, bitki çayı, dəmləməsi və s. Içmək
– Çox uzanmamaq, idman, tənəffüs gimnastikası etmək. Gecələr çıxıb hava ala, gəzə bilərsiz.
– Gündə 5 dəfə hərarəti və təzyiqi ölçüb qeyd etmək (yazın)
– Sakitləşmək üçün valerian və ya digər əsəb sakitləşdirici dərman için
– Virusa qarşı immun dəstəkləyici Arbidol (tapılsa), olmasa Ergeferon. Gündə 2 tablet- dil altında sovurmaqla
– Polilinikadan tibb bacısı çağıra bilirsizsə (o xüsusi geyimdə olmalıdır), gündə 1 dəfə sistem: Vitamin C yüksək doza, dimedrol, ringer məhlulunda. Yoxdursa, ailədən kimsə əzələ daxili Vitamin C inyeksiyası etsin.
– Sink preparatı – immunitet üçün
– İtburnu dəmləməsi – su əvəzi için
– Burunu və boğazı qarqara etmək, yumaq gündə 5 dəfə – duzlu su. sodalı su. natri xlor
– Apteklərdən Tamiflyu adlı preparat tapa və əldə edə bilsəz, qəbul edə bilərsiz – bu dərman donuz qripi dövründə müalicə üçün təyin olunurdu
– Pnevmoniya varsa, antibiotik mütləqdir. Onu da ya sahə həkiminiz, ya da özəl olaraq müraciət etdiyiniz həkim pulmonoloq yazacaq. Amma daha çox Azitromisin 500 dozalı antibiotik istifadə olunur.
– Ağciyərlərdə bəlğəm və alveolların dolması varsa, ACC toz halında dərmanı içə bilərsiz, o bəlğəmin yumşalmasını təmin edir.

Demədi Demə

12:47 10.07.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə