Uşaqların sağlam böyüməsi üçün ilk növbədə onların qida rasionuna fikir vermək lazımdır. Körpələrin doğulduğu gündən ilk altı aya qədər ana südü qəbul etməsi vacibdir. Lakin həmin müddətdən sonra mütləq onlara əlavə qidalar verilməlidir.
Demedideme.az bildirir ki, həkim-pediatr Hafizə Məmmədova Azərtac-a deyib: "Alma, armud, ərik, şaftalı və digər meyvələr uşaqların sağlam böyüməsində mühüm rol oynayır. Həmin meyvələrin tərkibində olan maddələr onların vitaminlərə olan tələbatını ödəyir. Armud A, B, S vitaminləri ilə zəngindir, zehni yorğunluğu aradan qaldırır, mədə-bağırsaq həzmini yaxşılaşdırır. Lifli meyvələrlə qidalanmaq qəbizliyin yaranmasına səbəb olmur.
Meyvələrdən başqa tərəvəzlər də qida rasionunda əhəmiyyətli rol oynayır. Kələm, kök, kartof və digər tərəvəzlər çox faydalıdır. Yerli meyvə və tərəvəzlər vitaminlərlə daha zəngindir. Xüsusilə balqabağın müxtəlif cür istifadəsi uşaqların sağlamlığında çox mühüm əhəmiyyət kəsb edir".
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə