Qidalanma insanın sağlamlığında çox böyük rol oynayır. Bəzi qida məhsulları sağlamlığımızı qorumağa yardım edir, digərləri isə əksinə xəstəliklərin riskini artırır.
Rusiyalı onkoloq Andrey Pılev "Звезда" telekanalına bildirib ki, emal olunmuş qırmızı ətin həddindən artıq istehlakı həqiqətən xərçəngin inkişafına səbəb ola bilər. Demedideme.az saglamolun.az-a istinadən bildirir ki, söhbət sosis, kolbasa, vetçina kimi məhsullarda, fast fuddan gedir.
Mütəxəssis qeyd edib ki, emal olunmuş qırmızı ətin kanserogen təsiri hətta spirtli içkilərin kanserogen təsirindən daha güclüdür.
Həmçinin həkim çox isti qida və məhsullardan uzaq durmağı tövsiyə edib ki, onlar da xərçəngin riskini artırır.
Xərçəngin ən yaxşı profilaktikasına gəldikdə isə onkoloq liflərlə zəngin olan qidaları (meyvə, tərəvəz, göyərti, paxlalılar) qeyd edib. Həkimin sözlərinə görə, hətta xərçəng diaqnozu qoyulmuş xəstələrdə liflərlə zəngin olan qidalanma xəstəliyin proqnozunu yaxşılaşdırır, xəstələrin həyatını uzadır.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə