Orqanizmin balla təmizlənməsi

339 baxış

Bədənin yumşaq təmizlənməsi üçün bal suda həll edilərək içilməlidir. Balın tərkibini təşkil edən ən qiymətli üzvi maddələri məhv etməmək üçün su isti, lakin, 40-42° C-dən yüksək olmamalıdır. Termometr olmadan temperaturu təyin etmək olduqca sadədir. Ancaq mədə şirəsinin turşuluğu azdırsa, bal otaq temperaturunda suda həll olunmalıdır.

Demedieme.az bal detoksu ilə tanış edir:

Arı balının maksimum gündəlik qəbul edilən miqdarı 120-150 qramdır. Ancaq eyni zamanda şəkər və şəkər tərkibli məhsullardan tamamilə imtina etmək lazımdır. Ağ çörək, kekslər, makaron, kartof kimi nişasta tərkibli məhsulların miqdarını müvəqqəti olaraq azaltmalı olacaqsınız.

Balı gündə dörd dəfə qəbul edin: səhər yeməyi, nahar və şam yeməyindən əvvəl və yatmazdan yarım saat əvvəl. Qəbul etmə vaxtı mədənin turşuluğundan asılı olaraq dəyişir. Əgər turşuluq azdırsa, yeməkdən 15-20 dəqiqə əvvəl bal ilə su içmək lazımdır, normaldırsa - 1 saat, yüksək olduqda - yeməkdən 1,5 saat əvvəl. Bədənin bal ilə təmizlənməsi 2 aydan çox olmamalıdır, sonra 3 ay ara verin və proseduru təkrarlayın.(publika.az)

Demədi Demə

17:01 23.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə