Ürək xəstəliklərindən qorumağın yolu açıqlandı

355 baxış

ABŞ-ın Çan Xalq Sağlamlığı Məktəbinin alimləri ürək-damar xəstəliklərindən qorunmaq üçün yeni bir üsul kəşf edib.

Demedideme.az xəbər verir ki, bu barədə "JAMA Internal Medicine" jurnalında dərc olunan məqalədə bildirilib. Tədqiqatçılar Aralıq dənizi pəhrizi daxil olmaqla alternativ sağlam qidalanmanın müxtəlif növləri və dörd sağlam yemək nümunəsinin göstəricilərini araşdırıb.

İndeks hesablama üsulları fərqli olmasına baxmayaraq, modellərin hər birinə tam taxıl, tərəvəzlər, meyvələr və daha az qazlı içkilər, qırmızı və işlənmiş ət daxil edilib.

Mütəxəssislər iki il ərzində 165,794 qadının və 43.339 kişinin sağlamlıq məlumatlarını təhlil edib. Yaş, bədən kütləsi indeksi və siqaret çəkmək daxil olmaqla çoxsaylı amilləri nəzərə aldıqdan sonra məlum olub ki, sağlam qidalanma rejiminin hər hansı birinə ciddi riayət olunması ürək-damar xəstəlikləri risklərini aşağı salır. Eyni zamanda, sağlam pəhrizin ən yüksək indeksi xəstəlik ehtimalını 14-21 faiz azaldıb. (publika.az)

Demədi Demə

20:49 18.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə