Yuxunu pozan qidalar

342 baxış

İspan dietoloqları sağlam yuxuya mane olan qidaların adlarını açıqlayıblar.

Demedideme.az oxu.az-a istinadən bildirir ki, mütəxəssislərin fikrincə, şam yeməyində pendir, qırmızı şərab və tünd şokoladdan istifadə yuxunun keyfiyyətini xeyli azaldır, xüsusilə də insan artıq yuxusuzluqdan əziyyət çəkirsə.

Dietoloqlar bəzi pendirlərin tərkibində stres vəziyyətlərində ifraz olunan norepinefrin fermentinin istehsalını artıran aminturşu olduğunu vurğulayırlar. Bu maddə rahat dincəlməyə mane olur.

Tünd şokoladda amin turşuları ilə birlikdə kofein olduğuna görə, bu qida yuxunu qaçırdır.

Mütəxəssislər gecə kələm yeməyi də məsləhət görmürlər, çünki bu tərəvəzin tərkibindəki həll olunmayan liflər uzun müddət həzm olunur və rahat yuxunu pozur.

Bundan əlavə, ədviyyatlı qidalar və pomidor suyu da rahat yuxuya mane ola bilər.

Demədi Demə

12:50 16.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə