Şok - Gicitikən və bal xərçəng xəstəliyini belə sağaldırmış

386 baxış

Şok - Gicitikən və bal xərçəng xəstəliyini sağaldırmışGicitkən çox qədim zamanlardan müasir dövrə qədər tərəvəz bitkisi kimi yeyilir. Ondan hazırlanan sıyıq, salatlar dadlı olmaqla yanaşı, həm də orqanizm üçün çox faydalıdır. Bu bitkinin tər yarpaq və zoğları yazın əvvəllərində toplayıb, kətə, qutab, borş, salat və s. hazırlanmasında geniş istifadə edilir. gicitkənin yarpağı çox qiymətli polivitaminli məhsuldur. Müasir tibdə ondan dəmləmə və duru ekstrakt halında bir sıra xəstəliklərin müalicəsində geniş istifadə edilir. Məsələn, daxili qanaxmalarda qankəsici, mədə-bağırsaq xəstəliklərinin müalicəsində həzm prosesi və maddələr mübadiləsini yaxşılaşdıran, bağırsaqların iltihabını aradan qaldıran vasitə, eləcə də qanazlığında, vərəm, sinqa raxit, avitaminoz, qızdırma, mədə yarası, nəfəs yolları, onikibarmaq bağırsaq xəstəlikləri, böyrək daşı və s.-in dərmanı kimi tətbiq olunur. Bu bitki qanda hemoqlobin və eritrositlərin artmasına kömək edərək, orqanizmdə qanyaradıcı rolunu oynayır. Bitki “qanı” adlandırılan xlorofil gicitkənin yarpağında çox olduğundan ondan qanazlığında, orqanizmin müqavimətinin artırılmasında istifadə edilir. Gicitkən sıyığını balla qarışdırıb, prostat vəzinin adenomiyası xəstəliyinə qarşı cəmi 3 gün qəbul etdikdə vəzin şişmə prosesi dayanır və xəstəlik bir ay müddətində aradan qalxır. Gicitkən və qoz yarpağından hazırlanmış sıyığı balla qarışdırıb daxili orqanlarında xərçəng olan xəstəyə verdikdə xərçəng hüceyrələrinin inkişafı dayanır. Mədəsi xərçəng xəstəliyinə tutulmuş yaşlı bir xanım hər gün 2-3 stəkan gicitkən ekstraktı qəbul etməklə özünü sağaldıb. Gicitkən yarpaqlarından alınan yaşıl maddə ətriyyat, kosmetika, yeyinti və tibb sənayesində də geniş tətbiq edilir. Cavan zoğlarından yem kimi toyuq və donuzların qidalarına əlavə edirlər. Çörək qıtlığı dövrlərində gicitkən xalqımızın köməyinə çatan ən faydalı yeməli bitki olub. Qeyd edək ki, prostat vəzində xəstəliklərin əmələ gəlməməsi üçün 40 yaşından yuxarı kişilər ildə azı 1 dəfə yoxlamadan keçməli, şəkər tərkibli qidalardan, spirtli içkilərdən, yağlı qidalardan az istifadə eləməli, meyvə və tərəvəzə üstünlük verməlidir. Eyni zamanda tərkibində A, C, E vitaminləri olan qidalarla qidalanmalıdır.

DAHA AZ GÖSTER

Demədi Demə

17:21 12.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə