Diqqət İyun ayı çıxmamış yığın - Sən demə qoz yarpağı

347 baxış

Qoz ağacının yarpaqları qədimdən bəri təbabətdə istifadə olunur. Qoz ağacı mayda yarpaqlamağa başlayır. Müalicə üçün istifadə olunacaq yarpaqları iyunda yığmaq lazımdır. Qoz yarpağının ən önəmli faydası bədəndən toksinləri atmasıdır. Müntəzəm olaraq qoz yarpağını dəmləyib içsəniz, orqanizminizdəki zərərli bakteriyalardan və mikroblardan xilas olacaqsınız. Bağırsaq qurdları da qoz yarpağı çayı vasitəsilə təmizlənir. Xərçəngin bütün növlərinin ilkin etapı aşkarlanarsa, qoz yarpağının dəmləməsi tibbi müdaxilənin alternativ vasitəsi sayıla bilər. Bədxassəli şişlərin böyüməsinə, yəni şişlərdə hüceyrə artımına mane olur. Tərkibində qoz yarpağı dəmləməsi olan kremlər dəridəki yara və cızıqların tez sağalmasına kömək edir. Qoz yarpaqlarını püre halına salaraq şampununuza qatsanız, saçlarınız daha canlı, parlaq, baş dəriniz daha sağlam olacaq. Qoz yarpağını qurudun və onu toz halına salın. Həmin tozdan 20 qr götürüb 1 litr ilıq suya atın. Qabın ağzını möhkəmcə bağlayıb çalxalayın. 1 saat gözləyin. Gün ərzində 2-3 dəfə pambığı həmin suya batırıb üz dərinizi silin. Sızanaq ləkələri və çillərdən azad olacaqsınız. Qoz yarpağı dəmləməsini çayınıza qatıb içmək də faydalıdır. 1 çay qaşığı incə doğranan qoz yarpağını 1 stəkan qaynar suda dəmləyin. 5 dəqiqə sonra dəmləməni süzün. Gün ərzində çayınıza dəm kimi istifadə edin. Qoz yarpağı çayının faydaları aşağıdakılardır: -Bağırsaqda parazitlərin yaranmasının qarşısını alır. -Revmatizmin müalicəsində xeyirlidir. -Sümük erroziyasının qarşısını alır. -Qanda şəkəri nizamlayır.

Demədi Demə

16:57 12.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə