Əksər insanlar qarpızı xoşlasalar da, onun tumlarını atırlar. Amma nahaq. Axı bu tumların insanın sağlamlığına çox xeyri var. Əgər biz tumları tamamilə uduruqsa, bunun orqanizmə heç bir xeyri olmur. Amma onları əzərək çay hazırlayıb içiriksə, onda müsbət nəticəsini görəcəyik.
Qarpızın tumunda olan liflər həzm yolunun normal fəaliyyəti üçün əhəmiyyətlidir.
Onlar insanı parazitlərdən qoruya bilərlər. Orqanizmin bağırsaq qurdlarından təmizlənməsi üçün ilıq süddə həll edilmiş qarpız toxumlarının (nisbət 1:10) tozundan istifadə edilir. Bu, bir həftə ərzində səhər və axşam qəbul edilir.
Tumlarda olan sitrullin maddəsi antioksidləşdirici təsir göstərərək damarların genişləndirilməsinə və arterial təzyiqi aşağı salmağa kömək edir. Alimlərin məlumatına görə, qarpızın tumları böyrəklər üçün çox faydalıdır. Təzə qarpız tumlarından hazırlanan çay sidikqovucu təsirə malikdir.
Hesab edilir ki, qarpız tumları yaddaşı yaxşılaşdırmağı da bacarır. Onlar, həmçinin kişilərdə potensiyanı yüksəltməyə kömək edir.
Qarpız tumlarından çayın hazırlanmasının üsulu:
4 xörək qaşığı təzə döyülmüş tumun üzərinə 2 litr su əlavə edilir və 15 dəqiqə ərzində dəmlənilir. Bu çayı iki gün ərzində içmək lazımdır. Bu proseduru iki həftədən sonra yenidən təkrarlamaq olar. Bunun üçün qarpız ekoloji təmiz olmalıdır. Öz bağ sahənizdə böyüdülmüş qarpızlardan istifadə etməyiniz daha arzuolunandır.
Xatırladım ki, xərçəng əleyhinə ən faydalı maddələrdən biri olan likopen qarpızın tərkibində pomidordan 2 dəfə çoxdur. Qarpız çox əla bir təmizləyicidir, əsasən böyrəkləri, böyrək qumlarını, qaraciyəri və bağırsaq xovlarını təmizləyir.
Qarpız yeyənlərin dərisi parlaq olar, çünki zəngin A vitamini vardır, gözlərə olduqca faydası var, qarpız bol bol yeyənlərin sümükləri möhkəm olar çünki zəngin kalsium və kalium vardır.
Qarpızın tərkibində sitrulin adlı daha bir qiymətli maddə vardır sitrulin piyləri əridir, yüksəlmiş xolesterini aşağı salır, arıqlamaq istəyənlər üçün əla bir qida vasitəsidir.
Bədənimizin ən çox ehtiyyacı olduğu C vitamini qarpızda vardır, həm də çox əla bir immunitet artırıcısıdır, əzələ yorğunluğu, əzələ qıcolmaları olanlar üçün əvəzolunmaz nemətdir.
Qarpızı bol yeyənlərin saçları gür və canlı olar, tumları ilə birlikdə yeyin qarpız tumlarında bol maqnezium vardır buda sinir və əzələ zəifliyində mükəmməldir.
Şəkər xəstəlirinə qarpız yemək olmaz, və ya çox az miqdarda yeməlidilər, çünki tərkibində zəngin karbohidrat vardır.
Qarpızı bir dəfəyə çox yemək köpməyə əmələ gətirir, böyrəklərə problem yarada bilər. Qarpızı iyul-avqust aylarında bol-bol yeyin, çünki bu aylarda həm bədən daha çox tələb edir, həm də qarpızın bütün faydalı mineral və vitaminləri bol olur. Bir sözlə yayı qarpızsız keçirməyin.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə