Bu möcüzəvi bitki bir çox xəstəliklərin əlacıdır. Onun qurudulmuş yarpaqlarından hazırlanmış preparatları, çayları apteklərdən əldə etmək mümkündür.
Demedideme.az medicina.az-a istinadən qinkqo biloba bitkisindən hazırlanan reseptləri sizə təqdim edir:
1. Beyin aktivliyi artırmaq üçün vasitə
Beyin aktivliyini və koqnetiv funksiyaları aktivləşdirmək üçün qinqko biloba yarpaqlarından hazırlanan məlhəmdən istifadə etmək lazımdır. Bunun üçün onu aptekdə satılan qurudulmuş yarpaqlarını xırdalayın. Onun 50 qr-nın üzərinə 0,7 l araq tökün. Qabın ağzının bağlayaraq 14 gün qaranlıq, quru yerdə mütəmadi çalxalamaq şərti ilə saxlayın. Qarışım hazır olan kimi terapiyaya başlamaq olar. Qarışımı bir ay müddətində gündə 3 dəfə yeməkdən əvvəl 20 damcısını suda həll edərək qəbul etmək tələb olunur. Ehtiyac olduqda kursu təkrarlamaq olar.
2. Bu bitki infarkt və insult zamanı çox faydalıdır.
Kəllə daxili təzyiqi normallaşdırır və insultun qarşısını alır.
3. Vərəm və tənəffüs sisteminin infeksion xəstəlikləri zaman
Bunun üçün əvvəlcə qinqko biloba bitkisinin quru yarpaqlarını xırdalayın. 1 x/q bitki yarpağını termosa tökərək üzərinə 300 ml qaynar su əlavə edin. Termosu bağlayın və 2 saat saxlayın. Gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl yarım stəkan qəbul edin. Müalicənin müddəti 1-2 ay təşkil edir. Ehtiyac olduqda kursu təkrarlamaq olar.
Allergiya əleyhinə
Allergiyanın müalicəsi və proflaktikası üçün qinqko biloba bitkisi ən yaxşı vasitə hesab oluna bilər. Bunun üçün 1 x/q bitki yarpaqlarının üzərinə 1 stəkan su əlavə edərək 5 dəqiqə müddətində qaynadın. Alınan dəmləməni yeməkdən 40 dəqiqə əvvəl 1-2 x/q qəbul etmək olar.
5. Potensiyanı artırmaq üçün
1 x/q yarpağın üzərinə 1 stəkan qaynar su əlavə edərək su hamamında 15 dəqiqə saxlayın. Daha sonra məhlulu 30 dəqiqə saxlayaraq gündə 2 dəfə yeməkdən əvvəl 3/1 stəkan qəbul edin.
6. Qanazlığı dərmanı
Əgər siz qanazlığından əziyyət çəkirsinizsə, o zaman qəhvəüyüdəndə bu bitkinin yarpaqlarını üyüdün və hər səhər suda həll edərək qəbul edin. Mütəxəsislər il ərzində 4 dəfə bu kursu təkrarlamağı məsləhət bilirlər.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə