Duruşunuzu düzəldərək boyun ağrılarından qurtulun

380 baxış

Kompüter və telefon qarşısında keçirdiyimiz vaxt, boyun və kürək ağrılarına səbəb olur. Bir çox insanın yaşadığı bu halın müxtəlif səbəbi olsa da, həlli də var. Yanlış duruş baş ağrılarının da yaranmasına səbəb ola bilir. Boyun ağrısından qurtulmaq üçün duruşunuza diqqət edin və boyun idmanlarını etməyi unutmayın.

Boyun idmanı

1. Divara söykənin, boyun və çiyinlərinizin arxası divara dəysin. Gözləyin və 8-ə qədər sayın.

2. Boyun və çiyinləriniz divarda ikən, ombanızı da divara dəydirməyə çalışın və 8-ə qədər sayın.

3. Birinci pozisiyaya qayıdın və 8-ə qədər sayın.

4. Divara söykənərək çənənizi boynunuza dəydirməyə çalışın və 8-ə qədər sayın.

5. Divara söykənərək başınızı sağa tərəf döndərin və gözləyin. 8-ə qədər sayıb, ilk pozisiyaya qayıdın. Daha sonra başınızı sola döndərib eyni şeyi təkrarlayın.

6. Divara söykənərək gözlərinizlə tavanı görməyə çalışın və gözləyin, 8-ə qədər sayın.

7. Divara söykənərək sağ əlinizin işarə barmağının ucu ilə burun ilə dodaq üstündəki bölgəyə təzyiq göstərin və gözləyin. İçinizdən 8-ə qədər sayın və daha sonra bunların hamısını 8 dəfə təkrarlayın.

Yanlış duruşlarınızı bilib hər düzəltdiyinizdə tamamilə boyun ağrısından qurtula bilərsiniz.

   

Demədi Demə

18:34 11.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə