Tez-tez əl yumaq zərərlidir? - Mütəxəssis AÇIQLADI

355 baxış

"Virusların yayılmasına qarşı mübarizədə əsas vasitə olan əl yumaq da zərərli ola bilər. Bəzi hallarda gigiyena qaydalarının tərsi əks nəticə verə bilər".

Demedideme.az xəbər verir ki, bunu  allerqoloq-immunoloq həkim Aleksey Bessmertnı Sputnik radiosuna müsahibəsində söyləyib.

"Sözsüz ki, şəxsi gigiyenasına laqeyd yanaşan insanlarda virus və xəstəliklər tez yayılır.

Bu səbəbdən bütün həkimlər yeməkdən əvvəl əlləri yumağı və tez-tez duş qəbul etməyi məsləhət görür. Əlbəttə ki, bu xəstəliklərdən tam qorumur, lakin bir çox xoşagəlməz halların qarşısını ala bilir. Lakin əllərin tez-tez yumağın da zərərli tərəfləri var",- deyə o, qeyd edib.

Bessmertnı gündə 6-8 dəfədən çox əlləri yumaq dərinin qurumasına və zədələnməsinə səbəb olduğunu bidirib. Bu zaman infeksiyalardan qoruyan faydalı bakteriyalardan ibarət qoruyucu qat da yuyulur.

Bundan başqa həkim  antiseptik vasitələr və nəm salfetlər infeksiyanın daha da yayılmasına səbəb ola biləcəyini vurğulayıb.

Demədi Demə

17:10 10.06.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə