BirBank mobil əlavəsini yükləmək üçün link: kbl.az/birbank
Sən demə bu pullar xəstəlik mənbəyi imiş
Bu gün son zamanlar mütəxəssislərin müşahidə etdiyi bir məqamdan bəhs edəcəyəm. Sən demə, əvvəlki dövrə nisbətən, pandemiya dövründə insanlar təmassız ödəməyə daha çox üstünlük verir.
K/A: Təmas məsafəsinin olduqca önəmli olduğu bu dönəmdə gigiyena, rahatlıq və sürət kimi xüsusiliklər təmassız ödəməyə olan marağı artırıb. Mastercard`ın apardığı araşdırmaya görə, 2020-ci ilin ilk rübündə təmassız ödəmə prosesi dünya miqyasında ötən ilə nisbətən 40% çoxdu. Bu da o deməkdir ki, hazırda dünyada hər 10 nəfərdən 8-i kartla, yaxud mobil bankla ödəməyə üstünlük verir. 19 ölkədə 17 min nəfərin iştirak etdiyi sorğuda məlum olub ki, hətta, gündəlik ərzaq mallarının alınması zamanı da təmassız ödəmə üsulunu seçənlərin sayı günbəgün çoxalır.
Öz sağlamlığını qorumağı düşünən, sosial izolyasiya qaydalarına əməl etməyə çalışan istehlakçıların təmassız ödəməni seçməsi “koronalı günlər”də başadüşüləndir. Araşdırmada iştirak edənlərin 82%-i təmassız ödəmənin nəğd ödəməyə nisbətən 10 dəfə sürətli olduğunu qeyd edib. Həmçinin, əlavə ediblər ki, bu da onların mağaza və supermarketlərdən daha tez çıxmasına şərait yaradır.
İştirakçıların 74%-i əminliklə vurğulayıblar ki, bundan sonra da həmişə təmassız ödəməyə üstünlük verməyi düşünürlər.
Mastercard`ın Türkiyə və Azərbaycan üzrə baş meneceri Yiğit Çağlayan`ın sözlərinə görə il sonunadək bu istiqamətdə rəqəmlərdə artış gözlənilir. O, qeyd edib ki: “Təmassız ödəmələrin yaxın gələcəkdə topdan və pərakəndə satış mərkəzləri ilə yanaşı, yanacaqdoldurma məntəqələrini də əhatə edəcəyini ehtimal edirik”.
Bəs siz, koronavirusun sağlamlığımızı təhdid etdiyi günlərdə özünüzə mobil bank yaratmısınızmı? Hələ yox? O zaman gecikmədən Kapital Bank kartı ilə BirBank-da qeydiyyatdan keçməyə çalışın.
Kapital Bank kartı ilə BirBank-da necə qeydiyyatdan keçə bilərsiniz?
BirBankın ana səhifəsində yer alan kart üzrə qeydiyyat bölməsinə keçin.
Növbəti səhifədə kart nömrəsini, kartın pinkodunu və telefon nömrənizi daxil edin.
Nömrənizə göndərilən kodu yığın.
Daha sonra internet bankçılıq servisinə giriş üçün şifrə təyin edin.
Tətbiqə sürətli giriş etmək üçün qısa giriş kodunu müəyyən edin. Əlavə olaraq, tətbiqə barmaq izi vasitəsilə də giriş etmək mümkündür.
Kapital Bank kartı ilə BirBank-da qeydiyyatdan keçmə əməliyyatı uğurla yerinə yetirilib.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə