Sarıkök son zamanlar bir çox problemin təbii dərmanı kimi təqdim olunur. Bir çox insan müxtəlif xəstəlikləri üçün sarıkökü qaşıqla yeyir, suda həll edib içir. Halbuki bir çox hallarda bu ədviyyat ciddi problem yarada bilər.
Sarıkökə bir dərman kimi yanaşsaq, görərik ki, onun da əks təsirləri var. Xüsusən nizamsız, çox dozalarda qəbul etdikdə dərmandan da zəhərli ola bilər.
Sarıkök qanı durulaşdırır, qanın laxtalanmasına mane olur. Buna görə də aspirin, qandurulaşdırıcı qəbul edənlərə və qanında laxtalanma problemi olanlara təhlükəli təsir edə bilər. Daxili qanaxma belə baş verə bilər. Varfarin, klopidoqrel və aspirin qəbul edənlərə qətiyyən olmaz.
Sarıkökün təsirli maddəsi olan kurkumin mədə şirəsi və turşuluğunu artırır. Xüsusən mədə turşuluğu, qastritə qarşı dərman qəbul edənlərə zərərlidir. Bu adamlar sarıkök də qəbul etsələr, baş gicəllənmə, köp, mədə və qarında ağrı, qida borusunda aşınma yarada billər. Omeprazol, lansoprazol, deksilant, pantoprazol dərmanları qəbul edənlərə sarıkök olmaz.
Sarıkök qanda şəkəri çox sala bilər. Əgər diabet xəstəsi insulin və dərman qəbul edirsə, sarıkök bu dərmanların effektini 2 dəfə artıra bilər. Bu da xəstənin vəziyyətini pisləşdirir: əzələ əsməsi, narahatlıq, görmədə pozuntu,səntirləmə ola bilər.
Sarıkök ciddi allergik məhsuldur. Allergiyası və astması olanlarda dəridə səpki, boğulma və anaflaksiya yarada da bilər. Ona görə çox ehtiyatla qəbul etmək lazımdır.
Və sonda... Bu kimi faydalı məlumatlardan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın. Sağlıqla qalın.
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə