Mədəsiz yaşamaq mümkündür?

374 baxış

Bəzi orqanlarımız olmadan həyata davam edə bilərik. Bunlardan bəzilərinin yoxluğu həyatı çətinləşdirsə də, tibbi tədbirlər görərək yaşamaq mümkündür. Öd kisəsi, dalaq, böyrək və s. orqanlarımız olmadan yaşaya bildiyimizi bilirik. Bəs mədəmiz? Mədəniz olmadan da yaşamaq mümkündürmü?

Mədəsiz yaşamaq mümkündür. Necə?
Bir çox mədə xəstəliklərinin müalicəsi var və bu müalicə dərmanlarla həyata keçirilir. Bəzən isə əməliyyatla mədənin bir hissəsi götürülür, lakin CDH1 adlı genin inkişafı nəticəsində mədədə əmələ gələn xərçəng hüceyrələrindən mədəni təmizləmək mümkün deyil. Üstəlik bu xəstəliyə əvvəlcədən müəyyən etmək olduqca çətindir. Bu səbəblə də əlamətlər baş qaldıran zaman mədəni tamamilə götürmək lazım olur.

Normal şərtlər daxilində yemək, ağızdan başlayır, yemək borusu, mədə və ən sonda incə bağırsağa keçərək ifraz olunur. Mədə götürülən zaman isə bu yol qısalır. Yemək borusundan keçən qidalar birbaşa onikibarmaq bağırsağa keçərək incə bağırsağa ifraz olunur.

Mədəsiz həyat
Mədənin funksiyalarının onikibarmaq bağırsağın yerinə yetirməsi inanılmaz gələ bilər. Amma bədənimizin möhtəşəm adaptasiya bacarığı mədəsi tamamilə götürülmüş şəxsin normal həyata qayıda bilməsinə şərait yaradır.

Əməliyyatdan bir neçə həftə ərzində damar yolu ilə qidalandıqdan sonra, xəstə yaxşılaşma dövrünə keçir. Əgər bu müddət ərzində heç bir problem əmələ gəlməzsə, normal qidalanma tərzlərinə qayıda bilərlər. Xəstənin başlanğıcda normal qidalarla bəslənməsi asan olmur. Normal həyata qayıtmaq üçün bu çətin dövrün öhdəsindən gəlmək lazım olur.

Bu keçiş dövründən sonra qidaların bir çoxunu qəbul etmək olar. Amma qida mədədə olduğu qədər sürətli həzm olunmadığına görə az-az yemək tövsiyə olunur. Eyni zamanda mədəsi götürülən insanlara qida qəbulu az olduğu üçün əlavə vitaminlər də yazılır.

Əməliyyatdan sonra xəstələr çəki itirirlər, bu səbəblə çətin olsa da, bədənin ehtiyacı olan kalorini almaq lazım olur. Karbohidratlar, yağ, vitamin və minerallar sağalma dövrünə kömək olur. Mədə alınma əməliyyatından sonra öd kisəsi daşı və sümük əriməsi arta bilər. Bütün travmatik hadisələrdə olduğu kimi mədə əməliyyatından sonra da bədənə çox diqqət etmək lazımdır.

Yeməkdən sonra 30-60 dəqiqə ərzində xəstələrdə mədə krampı, ürəkbulanma və qusma halları yaşaya bilərlər.

2 saat sonra isə qan şəkərində ani yüksəlmə əmələ gəlir. Qan şəkərinin ani yüksəlməsi qan təzyiqinə də təsir edir. Tərləməyə və şüurun qarışmasına səbəb ola bilir.

Bu halların qarşısını almaq üçün qidaların mümkün olduğu qədər kiçik porsiyalarla qəbul etmək lazımdır, amma xüsusi hallarda xəstəyə uyğun proqram da hazırlanır.

Bir iki il ərzində bədən mədəsiz həyata yaxşı adaptasiya olur. Uyğun qidalanma qaydalarına əməl edərək normal həyatlarını yaşaya bilərlər.

Mənbə: bildirchin.az

Demədi Demə

18:01 20.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə