Çay də qəhvə kimi kofein tərkiblidir və insanı müvəqqəti olaraq enerjiləndirib gümrahlaşdırır. Söhbət əlbəttə ki, keyfiyyətli çaydan gedir.
Elə insanlar var ki, çayxordur və gümə 5-6-7 stəkan çay içir.
Demedideme.az xəbər verir ki, işi ilə əlaqədar çaya öyrəşmiş blogerlərdən biri qara çayın nənəsi və özünün orqanizminə təsirini araşdırıb.
Onun nənəsi də gündə 8 stəkan tünd çay içirdi və təzyiq, böyrək xəstəlikləri var idi.
Professor İvan Neumıvakinin bu barədə mühazirələri daha inandırıcı gəldi. O, kosmonavtlara tibbi xidmət idarəsində çalışırdı və onların super sağlam olmaqları üçün yeni, unikal sistem hazırlamışdı.
O deyirdi ki, kosmonavtlar qara çay içmir və içməməlidir. Yalnız təmiz, adi su hüceyrəyə daxil olub, onu təmizləyir. Ona görə nəsə içməlisənsə bu ancaq su olmalıdır. qalan bitki çayları, dəmləmələri isə o yalnız konkret xəstəliyə qarşı kursla tövsiyə edirdi.
Qəhvə və çay damarların tutulması, onkologiya, ürək xəstəliyi, böyrək xəstəliklərinə gətirib çıxarır.
Neumıvakin deyirdi ki, bizim ənənəvi qara çayımız yorğunluq, halsızlıq, yaddaş pozulması verir.
Mən də ona qulaq asaraq çaydan tədricən imtina etməyə başladım. Yeməkdən 20 dəqiqə əvvəl su içirdim. Suyu odda üzərində ilk qaynama qabarcıqları yaranana kimi saxlayıb, dərhal götürüb soyudub içirdim. Buna soyuq qaynatma deyilir.
Çaydan imtina edib, bol su və bitki çayları içdikdən sonrakı bir həftədə ilk təsir çox miqdarda sidik ifrazı oldu. Əvvəllər sidik çox az gəlirdi.
Sidiyin gur və çox gəlməsi o deməkdir ki, böyrəklə yaxşı işləyir.
Ardıyca gözlərimin altında qara kölgələr itdi.
Psixikam, əsəblərim sakitləşdi, təzyiqim ideal idi. Bundan bir il sonra mən həvəskar alpinist qrupu ilə dağlara yürüşlərə gedir, zirvələrə çıxırdım. Nə təngnəfəsliyim oldu, nə də yorğunluğum.
Sizlərə də nə qədər gec deyil, qara çaydan imtina etməyi tövsiyə edirəm. Heç olmasa bir iki ay sınayın.
Mənbə: medicina.az
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə