ÖLÜM ÜÇBUCAĞI - Bu hissəyə əl vurmaq olmaz

365 baxış

Hər bir insanın üzündə "ölüm üçbucağı" yerləşir. Məhz bu üçbucağa daxil olan hissələr infeksiya və virusların orqanizmə daxil olan "qapısıdır".

Demedideme.az bildirir ki, bu təhlükəli üçbucağa burun, burunətrafı hissə və dodaqlar daxildir.

Üzün məhz bu hissəsi ən çox damarların yerləşdiyi nahiyədir, hansı ki, bu damarların hər biri xüsusi klapanla təchiz olunub.

Əgər bu üçbucaq nahiyəni hansısa infeksiya keçə bilirsə, o, baş və beyinə daha tez çatır, bu zaman xəstə ölümə yaxınlaşır.

Dermatoloqlar bildirir ki, bu hissəyə çirkli əllərlə toxunmaq, burada civzələri, qara nöqtələri sıxmaq olmaz. Dərini təmizləmək üçün skrablardan müntəzəm istifadə etmək və ehtiyac yarandıqda kosmetoloqa müraciət etmək lazımdır.

Bu hissədə əmələ gələn furunkulları iynə ilə açmaq, sıxmaq qəti qadağandır. Furunkul piy vəzilərinin tutulması səbəbindən iltihablaşması deməkdir. Dəri altında yayılan iltihab və irin yol tapıb çıxa bilmir və şiş yaranır. Furunkulların müalicəsi üçün dermatoloqa müraciət etmək lazımdır.

Burunun içində olan tüklər qoruyucu funksiyanı yerinə yetirir - mikrob və infeksitalardan qoruyur. Bir çox insanlar bu tükləri bir yol tapıb epilyasiya edir. Mütəxəssislər bu tüklərin qoparılmasının, pinsetlə dartılmasının əleyhinədir, bu zaman da infeksiya keçə bilər.(publika.az)

Demədi Demə

15:50 14.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə