Güclü immun sistemi üçün doğru və sağlam qidalanmaq son dərəcə əhəmiyyətlidir. Sağlam olduğu düşünülən hər qida doğru zamanda istifadə edilməsə, insan orqanizminə faydadan çox zərər verə bilər.
Bunun üçün diqqət edilməsi vacib nöqtə meyvə-tərəvəzi mövsümündə istifadə etməkdir.
Demedideme.az may ayında istifadə ediləcək meyvə və tərəvəzlərin siyahısını təqdim edir.
Lobya
A və C vitamini qaynağı olan lobya, eyni zamanda, maqnezium və dəmir tərkiblidir. İmmun sistemini qüvvətləndirərək xəstəliklərə qarşı qoruyur. Sümüklərin inkişafında rolu böyükdür.
Səmizotu
Orqanizmimizin ifraz edə bilmədiyi, lakin qidalanma vərdişləri sayəsində əldə oluna bilən Omega-3 qaynağı olan səmizotu ürək və damar üçün olduqca faydalıdır. Salata əlavə olunması və qatıqla yeyilməsi məsləhət görülür.
Zəncirotu
Həzmi asanlaşdıran Hindiba mədə və bağırsaq sisteminin sağlam işləməsinə yardımçı olur. Qaraciyərin bərpasını asanlaşdırır.
Hindiba Nedir, Faydaları ve Nasıl Tüketilir?
Çiriş otu
Sızanaq və ekzema kimi dəri problemlərinin müalicəsində istifadə olunur. İmmun sistemini qüvvətləndirir. Qadınların mensturasiya dövrünü nizama salır.
Çiyələk
Güclü xərçəng savaşçısıdır. Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alır. Nizamlı şəkildə çiyələk yeyənlərdə miokard infarktı riski daha azdır. Eyiiiini zamanda, qaraciyərin sağlamlığının qorunmasına yardımçı olur.
Alça
Bir çox meyvəyə nisbətən daha çox vitamin və minerala malik alça dəmirin sovurulmasına yardımçı olan qidalar sırasındadır. Antioksidant qaynağı olan alça qanda şəkərin miqdarını balanslaşdırır.
Tut
Zəngin vitamin və mineralları sayəsində bir çox xəstəliyə qarşı müdafiə mexanizmi yaradır. Kalsium, maqnezium və kalium sayəsində ürək və damarın sağlamlığını qoruyur.
Mənbə:milli.az
17:10 23.08.2022
12:59 04.08.2021
10:09 04.08.2021
08:57 04.08.2021
15:17 30.07.2021
14:55 30.07.2021
12:26 29.07.2021
11:31 29.07.2021
16:38 27.07.2021
14:33 27.07.2021
17:35 26.07.2021
17:17 26.07.2021
14:09 26.07.2021
17:01 22.07.2021
10:56 22.07.2021
Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə