Hər gün ac qarına bir diş sarımsaq yesək nə baş verər?

706 baxış

Demədi Demə kanalına abunə olmağı unutmayın. Hər həftə sizə daha maraqlı videolar təqdim edəcəyik.

Hər gün acqarına sarımsaq yesək nə baş verər? Maraqlı sualdı deyilmi? Cavabı daha da maraqlıdır! 
Sarımsağın müalicəvi əhəmiyyətini bilməyən yoxdur. Təbii antibiotik kimi sarımsağın istifadə tarixi minilliyin o tayına dayanır. Tərkibindəki antioksidan maddələr  sarımsağı əvəzedilməz qida maddəsi edir. 
Sarımsağın malik olduğu vitaminlərin orqanizmə daha yaxşı təsir etməsi üçün onu hər gün acqarına yemək faydalıdır.  Boş mədəni infeksiyalardan və ya başqa xəstəliklərdən qorumaq üçün də sarımsaq lazımdır.  Acqarına sarımsaq yeməyin daha bir xeyri də ondan ibarətdir ki, bu zaman sarımsaq digər qidalara qarışmır, tərkibindəki vitaminlər və antioksidan birbaşa orqanizmə daxil olur. 
Sarımsağın faydalarını saymaqla bitməz.  Onun  qan təzyiqini nizamlama xüsusiyyəti də vardır. Qan dövranını yaxşılaşdırır.  Gündə bir dəfə acqarına yeyilən sarımsaq əsl dərmandır. Lakin, heç vaxt əks təsir göstərməyəcəyindən əminsiniz!  
Sarımsaq iltihab əleyhinə də istifadə edilir. Mədə səpkiləri və ya mədə-bağırsaq iltihabı olan xəstələr üçün olduqca xeyirlidir.  Göbələk, ziyil  kimi bakterial xəstəliklərdən yaxa qurtarmaq üçün də sarımsaqdan istifadə edə bilərsiniz. 
İmmunitetin aşağı düşməsi hazırda nəinki uşaqlarda, bütün yaş dövründəki insanlarda rast olunur. Zəifləyən immun sistemi özü ilə bərabər xeyli  miqdarda xəstəliyi də orqanizmə səyahətə çıxarır. Yenə də  sarımsaq  vücudunuzun xilaskarı olacaq.  Hər gün yediyiniz bir diş sarımsaq immunitetinizi yüksəldəcək və xəstəlikləri  canınızdan qovacaq. 
Bir diş sarımsaqda 12 mq potasium,  5 mq kalsium, 100 kükürd birləşməsi var. 
Sarımsaq ağciyər üçün də faydalıdır. Tənəffüs yolu xəstəliklərinin müalicəsi və qarşısı alınması üçün istifadə olunur. Bronxit, uzun sürən öskürək və başqa bu kimi xəstəliklər zamanı da sarımsağa üz tutmaq xeyirlidir.  
Bir daha vurğulayırıq ki, sarımsaq heç bir əks təsir göstərməyən ən təbii və ən universal dərmandır.

Demədi Demə

15:27 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə