Öskürək və bronxiti sağaldan UCUZ VASİTƏ

376 baxış

Apteklərdə ucuz qiymətə satılan biyan kökü siropu öskürək və bronxitin müalicəsində çox effektlidir.

Biyan kökü sınanmış bəlğəmgətirici vasitədir - bəlğəmi durulaşdırır və onun nəfəs yollarından xaric olunması prosesini asanlaşdırır. Bəlğəmin nəfəs yollarında toplanması burada mikrobların sürətlə artmasına və xəstənin vəziyyətinin ağırlaşmasına səbəb olur.

Həmçinin biyan kökü immun sistemini stimullaşdırır və möhkəmləndirir, soyuqdəymə və virus infeksiyaları zamanı sağalmanı tezləşdirir.

Demedideme.az Saglamolun.az-a istinadən bildirir ki, biyan kökü Çində koronavirusun müalicəsində də istifadə olunur.

Biyan kökü siropunun böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün dozası – gündə 3 dəfə 1 çay qaşığı olmaqla. Sirop yarım stəkan suda qarışdırılır və içilir.

Kişik yaşlı uşaqlar üçün dozanı müəyyən etmək üçün pediatrla məsləhətləşin.

Nəzərinizə çatdıraq ki, bəzi xəstəliklər zamanı (məsələn, şəkərli diabet, hipertoniya) biyan kökü siropunun qəbulu insana ziyan vura bilər. Hər hansı xroniki xəstəliyiniz varsa, biyan kökünü qəbul etdikdən əvvəl həkimlə məsləhətləşin.    

Demədi Demə

11:36 13.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə