Beyinlə əlaqəli bu 5 fakt həyatınızı dəyişdirəcək

329 baxış

  1. Beyin gerçəklik və təxəyyül arasındakı fərqi görmür

Beyin düşündüyünüz hər şeyə təqribən eyni reaksiya verir. Bu baxımdan onun üçün obyektiv reallıqla xəyallarınız arasında heç bir fərq yoxdur. Buna görə də, insanlar tez-tez plasebo effekti ilə rastlaşırlar.

Plasebo effektinə misal olaraq dərmanların qəbulunu göstərmək olar: beyin sizin dərman (şəkər həbi yox) qəbul etdiyinizi bilir və buna müvafiq reaksiya göstərir. Aspirin qəbul etdikdən sonra, beyin bədən temperaturunu aşağı salmaq əmrini verir.

2️. Beyin günün çox hissəsini avtopilot rejimində işləyir

İnsan beyni orta hesabla gündə 60 min fikir generasiya edir. Ancaq bunların 40 mindən çoxu dünən ağlınıza gələn fikirlər olacaq. Buna görə həyatın mənfi qavrayışlarına tuş gəlmək asandır və beyni “təmizləmək” üçün tez-tez tanış mühiti dəyişmək lazım gəlir.

Beyninizi məşq elətdirin, onu pozitiv düşüncələri generasiya etməyə məcbur edin.

  1. Ən çox nə haqda düşünürsünüzsə, ətrafınızda da onu görürsünüz

İnsanlar ən çox nə haqda düşünürlərsə, ətraf mühitdə də onu görürlər. Məsələn, bu yaxında yeni maşın almısızsa, şəhərdə eyni markalı avtomobillərə daha tez-tez rast gələcəksiniz. Səbəb çox sadədir: maşın aldıqdan sonra onun haqda daha çox düşünməyə başlamısınız.

4️. Vaxtaşırı “sönmək” çox vacibdir

Gün ərzində ağlınızda ilişib qalan mənfi fikirlər sizi “boğa” bilər, bu səbəbdən vaxtaşırı beyini “söndürmək” lazımdır. Bunun ən sadə yolu meditasiyadır. İstirahətə gəldikdə, çalışın zamanınızı aktiv keçirəsiniz: xizək, dayvinq və s.

5️. Siz beyninizi dəyişdirə bilərsiniz. Sözün əsl mənasında – fiziki olaraq

Bütün diqqətinizi hansısa zehni fəaliyyətə yönəldikdə, beyin aktiv olaraq yeni sinir əlaqələrini əmələ gətirməyə başlayır. Bioloqlar bu prosesi neyroplastiklik adlandırırlar. Bu necə işləyir? Özünüzə “Mənim fiziki formam əladır” desəniz, beyin yeni neyron əlaqələr qurmaq üçün əlavə imkanlar axtarıb tapmağa çalışacaq. Siz şüur altı niyyətinizi gerçəkliyə çevirməyə yardımçı olacaq fürsətləri görməyə başlayacaqsınız.

Demədi Demə

19:18 12.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə