Hər gün 2 yumurta yesək nə baş verər

594 baxış

Demədi Demə kanalına abunə olmağı unutmayın. Hər həftə sizə daha maraqlı videolar təqdim edəcəyik.

Yumurta bədəndə xolestrolu yüksəldir. Bunu hamı bilir. Yumurtanın insan orqanizmi üçün əvəzolunmaz faydası haqqında isə az adam məlumatlıdır. Yumurtanın  orqanizmə faydası  elmi yolla sübut edilib. 
Hər gün yumurta yesəniz nələr ola  bilər, buna birlikdə baxaq. 
1. Orqanizmimizdə yağların toplanmasınn qarşısını alır. –Yumurta adamı tox saxlayır. Tez-tez acmağa qoymur. Beləliklə də, bədəndəki artıq yağlar əriyir. Təcrübə zamanı məlum olub ki, yumurta yeyən bir adam smit yeyən adamdan 65% daha sürətlə arıqlayır. 
2. Kalsiumu artırır.- D vitamini sümüklərin bərkiməsi və dişlərin sağlamlığı üçün əsasdır. Yumurta tərkibindəki D vitaminin bolluğu səbəbiylə nadir təbii qida vasitələri sırasında yer alıb. 
3. Sağlam saçlar və üz dərisi- Yumurtanın tərkibində B5, B2 və B12 vitaminləri də var. Bu vitamin kompleksi üz dərisi, saçlar və qaraciyər üçün faydalıdır. Həm də sinir sisteminin normal işləməsinə kömək edir. 
4. Bədəndəki amino asit maddələrin nizamı.- İnsan orqanizminin sağlam olması üçün 20 əsas amino asit var. Bunlardan 11-ini bədən özü-özünə istehsal edir. Digər 9 amino asiti yaradan  yenə yumurtadı. Əgər bədəninizdə amino asit əskikliyi varsa, immunitetiniz düşər, əzələ yorğunluğu hiss edərsiniz. 
5. Enerji  verir.-  Bir yumurta gündəlik B12 vitamini qəbulunuzun 15%-ni təmin edir.  Eyni zamanda, qəbul etdiyiniz qidaların enerjiyə çevrilməsinə də kömək edir. 
6. Stressi azaldır.- Yumurtanın təmin etdiyi 9 amino asitin əskikliyi beyin hüceyrələrinə təsir edir. Ümumdünya Səhiyyə Təşkilatının apardığı bir araşdırma zamanı müəyyən edilib ki,  yumurta yemək stressin azalmasına və beyin hüceyrələrinin stabilləşməsinə səbəb olur. 
7. İmmun sistemini gücləndirir- Bir yumurta orqanizmin  gündəlik selanium  ehtiyacının 25%-ni ödəyir.  Selanium troid hormonları və immun sisteminin  güclənməsi üçün önəmlidi.  Güclü immunitet viruslara, bakteriyalara və infeksiyalara  qələbə çalmaq anlamına gəlir. 
8. Beynin iş prosesini sürətləndirir- Hüceyrələrdə holin adlanan xüsusi maddə var. Bu maddə neyronların sürətinə təsir edir. Beyin hüceyrələri ilə orqanizmin digər hüceyrələri arasında əlaqəni yaradan da məhz bu maddədir. Yumurtanın tərkibində bu birləşməyə də rast gəlinir. 
9. Protein.-Yumurta başqa qida maddələrinə nisbətən tərkibindəki protein çoxluğu ilə də fərqlənir. Proteini yüksək olan yeməklər insanı gec acdırır. Yumurta yemək bu cəhətdən də faydalıdır.
10. Xolesterol nizamlanması...-Bir yumurta gün ərzində orqanizm üçün lazımi normada xolesterol  qəbulunu nizamlayır. 
11. Ürək xəstəliklərinin azalması.- Xolesterol səviyyəsi yaxşılığa doğru nizamlandıqca ürəyin fəaliyyəti də normaya düşür. Əgər ürək xəstəliyindən əziyyət çəkirsinizsə, yumurtanı nizamlı şəkildə qəbul etsəniz, yaxşı olar.

Demədi Demə

15:21 13.06.2019


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə