Azərbaycanın hər yerində bitir: Min bir dərdin dərmanıdır

350 baxış

Orqanizm üçün faydalı bitkilərdən biri də gicitkəndir.

Demedideme.az xəbər verir ki, gicitkən olduqca zəngin kimyəvi tərkibə malikdir, orqanizmə çox geniş müalicəvi təsir edir - iltihabəleyhinə, ümumi möhkəmləndirici, sidik və öd-qovucu və s. Həmçinin xərçəng əleyhinə də təsirə malikdir.

Bu bitki qanın laxtalanmasını gücləndirir və bu səbəbdən yaralar, xoralar, kəsiklər, daxili qanaxmalar zamanı xeyirlidir. Lakin gicitkənın bu xüsusiyyətini nəzərə alaraq qanı çox qatı olan, varikoz və tromboflebit kimi xəstəliklərdə əziyyət çəkən insanlar gicitkənı qəbul etməməlidir - bu damarlarada trombların əmələ gəlməsinə səbəb ola bilər.

Gicitkən qanın tərkibinə müsbət təsir edir, qanı təmizləyir. Eyni zamanda, ürəyin fəaliyyətinə müsbət təsir edir, immun sistemini gücləndirir, orqanizmə xəstəliklər və əməliyyatlardan sonra daha tez bərpa olmasına kömək edir. (publika.az)

Demədi Demə

11:57 12.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə