Dərinizi evdə ağarda biləcəyiniz ideal təbii maska

361 baxış

Dəridəki  ləkələr və əsmər bir dəri bir çox qadının ortaq dərdidir. Bu problemdən xilas olmaq üçün dəri ağardan maskalardan istifadə etmək mümkündür.

Dərinizdəki ləkələrdən və ya dərinizin əsmər olmasından gileylənirsinizsə, Qadinklubu.com sizlərə gözəl bir dəri ağardıcı təbii maska ​​təklif edir:

Sarıkök və limon dəri ağardıcı bitkilər arasında ilk sıralarda yer alır. Bu maskaya dəri ləkələri üçün ən yaxşı maska ​​deyə bilərik.

Lazımlı vəsaitlər;

 * 1 yemək qaşığı sarıkök(zerdeçal),

* 1 yemək qaşığı yaşıl limon suyu,

* 1 yemək qaşığı bal,

Hazırlanması və istifadəsi:

Bütün vəsaitləri yaxşıca qarışdırın. Dəridəki ləkələrin üzərinə və ya bütün üzünüzə ( göz ətrafı istisna olmaqla) hazırlamış olduğunuz maskanı çəkin. 20 dəq gözlədikdən sonra ilıq su ilə yuyun.

Xatırlatma:

Əgər dəriniz qurudursa, dəri problemi yaşamamaq üçün, sarıkök əvəzinə  uşaq pudrası istifadə etmək lazımdır. Maskanı gündəlik təzə olaraq hazırlayın. 15 gün tətbiq edin .

Demədi Demə

23:27 10.05.2020


Copyright © Demedideme.az | Haqqımızda | Əlaqə